Şənbə, 05 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyan Ermənistanın Qərbə istiqamətlənməsini ictimai müzakirəyə çıxarıb

Ermənistanın Baş naziri hesab edir ki, Ermənistana Aİ üzvlüyünə namizəd statusunun verilməsinə baxmağı təklif edən sənəd geniş müzakirə obyektinə çevrilməlidir...

Poliqon xəbər verir ki, Ermənistanın Baş naziri bu barədə bu gün Nazirlər Kabinetinin iclasında danışıb.

Hökümətin iclasında Baş nazir Nikol Paşinyan Avropa Parlamentinin ölkəyə Aİ üzvlüyünə namizəd statusunun verilməsi məsələsinə baxmağı təklif edən qətnaməsinə münasibət bildirib və bunu ölkənin gələcəyini müzakirə etmək üçün daha bir səbəb adlandırıb.

Nazirlər Kabinetinin iclasında Paşinyan bildirib ki, Ermənistan hakimiyyəti “Avropa İttifaqı ilə münasibətləri dərinləşdirmək əzmi və iradəsi ilə doludur”. Baş nazir hesab edir ki, dünənki qətnamə Ermənistanda geniş ictimai müzakirə obyektinə çevrilməlidir.

“Ümid edirəm ki, ölkənin siyasi qüvvələri, ictimai təşkilatlar, cəmiyyətin müxtəlif təbəqələri, vətəndaşlar Avropa Parlamentinin bu mesajına öz münasibətini bildirəcəklər”, deyə Paşinyan qeyd edib.

Ermənistan liderinin fikrincə, bu cür mesajlar daha böyük ictimai rezonansa ehtiyac duyur və təkcə hökumətin reaksiyası ilə məhdudlaşmamalıdır.

Qeyd edək ki, Avropa Parlamenti dünən Ermənistana Aİ üzvlüyünə namizəd statusunun verilməsi imkanının nəzərdən keçirilməsini təklif edən qətnaməni təsdiqləyib. Sənədin müəllifi Avropa Xalq Partiyasının fraksiyasıdır.

Sənəddə qeyd olunur ki, əgər Ermənistan namizəd statusu almaqda maraqlıdırsa və sabit islahatlar yolunu davam etdirsə, demokratiyasını gücləndirsə, o zaman bu, Aİ-Ermənistan münasibətlərində transformasiya mərhələsi üçün əsas ola bilər.

Avropa Parlamentinin üzvləri Aİ liderlərinə Ermənistanı fəal şəkildə dəstəkləməyə çağırıb.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - Yenilənib

Qonşusunun yetim uşağını döyə-döyə diləndirdi: Bakıda görünməmiş vəhşilik

Tağı Əhmədovu ağır vəziyyətdə Təzəpirə gətirdilər

Baş nazir Əhməd Əhmədzadənin vəzifəsini dəyişdi

Azərbaycanda həbs olunsa da rütbəsi alınmayan yeganə general

Nəsimi rayonunun bir qrup sakini Birinci vitse-prezidentə və "İDEA" İctimai Birliyinin sədrinə müraciət ünvanlayıb

Prezident: Azərbaycanın daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək

Putin doğum günündə MDB liderləri ilə görüşəcək

Arxeologiyanın ürəyi Türkiyənin Şanlıurfasında döyünür – Fotolar

Azərbaycan Prezidenti: Qələbəmiz göstərdi ki, ədalətsizliyə qarşı mübarizə aparmaq mümkündür

Ən çox oxunanalar