Şənbə, 25 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyan 44 günlük müharibə ilə bağlı sensasion detallar açıqlayacaq - Alen Simonyan

Ermənistan parlamentinin spikeri Alen SimonyanBbaş nazir Nikol Paşinyanın 44 günlük müharibənin təhqiqat komissiyasının iclasında müharibə şəraiti ilə bağlı sensasion detallar təqdim edəcəyinə söz verib...

Poliqon xəbər verir ki, spiker bu barədə parlamentdə keçirdiyi brifinqdə bildirib.

Simonyanın Milli Assambleyadakı brifinqi ilə eyni vaxtda baş nazirin çıxış etdiyi 44 günlük müharibənin araşdırılması üzrə komissiyanın iclası keçirilir.

"Bizləri gözlənilməz və maraqlı detallar gözləyir. Anladığım kimi, baş nazir hər şeyi ətraflı şəkildə təqdim edəcək", deyə spiker bildirib.

Simonyan hesab edir ki, Paşinyanın komissiyada canlı çıxışı siyasətçilərə qeyri-bərabər münasibətin təzahürü deyil. O, iddia edir ki, əvvəllər heç kim komissiyada canlı efirdə çıxış etmək istəyini bildirməyib. Siyasətçi hesab edir ki, çoxları sadəcə olaraq canlı yayımdan yayınmağa çalışır:

“Müxalifətin son illər səsləndirdiyi bütün ittihamlarla bağlı efirdə baş nazirə sual vermək imkanı olub, lakin onlar bu fürsətdən istifadə etməyiblər".

Eyni zamanda o, baş nazirin canlı efirdə çıxış edərək məsuliyyəti müxalifətin üzərinə yıxmağa çalışması ilə bağlı ittihamları yersiz hesab edir. Siyasətçi müxalifəti görüşə gəlməyə və lazımi sualları verməyə çağırıb. Onun sözlərinə görə, müxalifətin deməyə sözü yoxdur: “Qoy gəlib tələb etsinlər ki, görüşün bir hissəsi bağlı qapılar arxasında keçirilsin".

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Üzrü qəbahətindən böyük icra hakimiyyəti: Başçının tökdüyünü şöbə müdiri toplaya bilmədi

Doqquzuncu sinif şagirdi 30 yaşlı kişiyə ərə verilir - Rəsmi açıqlama

Azərbaycanın vergi-gömrük orqanlarının büdcə öhdəliyi artırılır

Türkiyə millisinin AVRO-2024 üçün heyəti açıqlandı

Azərbaycanda iqtisadi fəaliyyət xərcləri 2 milyard manatdan çox artırılır

ABŞ Ukraynaya yeni hərbi yardım paketini elan edib

Azərbaycanın icmal büdcəsinin gəlirləri üzrə proqnoz 12 %, xərcləri üzrə proqnoz isə 8 % artırılır

Köç karvanı Laçının Sus kəndinə çatıb - Yenilənib

Politoloq: Gürcüstanda inqilabı istisna etmirəm...

Ən çox oxunanalar