Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Partiya sədri: “Dövlət qurumlarında, müxalifətdə FETÖ-nün nümayəndələri var”

Partiya sədri: “Dövlət qurumlarında, müxalifətdə FETÖ-nün ifşa olunmalı nümayəndələri var”

“FETÖ ilə mübarizə Türkiyədəki çevriliş cəhdindən sonra bütün dünya üzrə aparıldı. Türkiyəyə müttəfiq olan, onu dost sayan bütün ölkələr FETÖ ilə mübarizəyə başladılar. Təbii ki, həmin qruplaşmaya bu və ya digər formada aidiyyatı olan şəxslər Azərbaycanda da var idi. Hətta dövlət strukturlarında belə, təmsil olunurdular. Həmin dönəmlərdə onların təmizlənməsi prosesi başladı və xeyli təmizlənmə getdi. Amma sonradan bu proses Azərbaycanda yavaşladı. Bunun səbəbini bilmirəm. Ola bilsin, hüquq-mühafizə, xüsusi xidmət orqanlarımız qərara gəldilər ki, artıq Azərbaycanda proses tam nəticələnib, ona görə də prosesi dayandırdılar. Uzun müddətdir, demək olar, hər hansı hərəkətlilik yox idi. Ta ki iki gün əvvələ qədər…”

Bu sözləri Pravda.az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib.

T.Abbaslı bildirib ki, Azərbaycan hüquq mühafizə orqanları və Türkiyə MİT-nin birgə fəaliyyəti ilə ölkəmizdə bir FETÖ üzvü saxlanıldı, təhvil verildi: “Düşünmürəm ki, Azərbaycanda bu, tam təmizlənib və heç bir təhlükə yoxdur. Çünki bu təşkilatı təhlükəli edən, əsas qorxulu məqamlarından biri odur ki, onlar uzun müddət gizlənməyi, dövlətin müxtəlif strukturlarına sızmağı bacarırlar. Ona görə də daimi proses olmalı və bu, Türkiyə ilə koordinasiyalı şəkildə aparılmalıdır. Azərbaycan mübarizəni tək başına aparsa, inanmıram ki, nəsə uğur əldə edə bilsin. Türkiyə xüsusi xidmət orqanları ilə əlaqəli aparılsa, daha effektli olar. Azərbaycanda həm dövlət qurumlarında, həm mediada, müxalifətdə FETÖ-nün hələ kifayət qədər təmizlənməli, ifşa olunmalı nümayəndələri var. Onlar sızılması mümkün olan hər yerdədirlər”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

Yevgeni Jukov: "Azərbaycanda neft hasilatının azalması iqtisadi artıma əhəmiyyətli təsir edib"

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

Ən çox oxunanalar