Bazar, 26 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Partiya sədri Artur Rasi-Zadənin istefasını istəyir


“Ölkə iqtisadiyyatının vəziyyətinə hökumət cavabdehdir, hökumətin başçısı-baş nazir isə sanki yoxdur”

 
Azərbaycanda bir ildə iki devalvasiya nəticəsində milli valyutanın getdikcə dəyərdən düşməsi, bunun nəticəsində məhsullarda bahalaşma, iş yerlərinin bağlanması onsuz da ölkədə iqtisadi-sosial vəziyyəti ağırlaşdırmışdı. İndi də Tarif Şurasının qərarı ilə işığın, qazın qiyməti artırıldı və artıq bir çox iqtisadçılar, deputatlar iqtisadi böhran təhlükəsindən danışmağa başlayıblar. 

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev “Yeni Müsavat”a açıqlamasında bildirib ki, elektrik enerjisinin, qazın qiymətlərinin qaldırılmasında, ölkədəki iqtisadi vəziyyətinin bu şəkil almasında günahkar Nazirlər Kabinetidir. Baş nazir, Nazirlər Kabinetinin iqtisadi bloka aid üzvləri-nazirlər, onların müavinləri istefa verməlidirlər: “Ölkədə narazılıq olması bu cür korrupsiyaya bulaşmış nazirlərin işinə yarayır, hakimiyyətin diqqəti başqa səmtə yönəlir və həmin adamlar bir müddət unudulurlar. Ölkə iqtisadiyyatı, maliyyə-bank sektoru, kənd təsərrüfatı böhranlı vəziyyətdədir. Buna kim cavabdehdir? Baş nazir, iqtisadi sahəyə aid nazirliklər, komitələr. Ona görə də istefaya getməlidirlər ki, cənab prezident İlham Əliyevin iqtisadi sosial islahatlar proqramını uğurla həyata keçirə biləcək yeni kadrlar iş başına gəlsinlər. Tarif Şurasının yalnız sədri nazirdir, üzvləri nazirlərin müavinləridir. Həmin nazir müavinləri tabe olduqları nazirin və şəxsən özünün maraqlarını güdürlər, əksəriyyəti də korrupsionerdirlər. Onların korrupsiyaya bulaşdıqları barədə mediada, məhkəmələrdə saysız-hesabsız məlumatlar, ifadələr verilir. Məsələn, rabitə nazirinin müavini İltimas Məmmədovun adı son vaxtlar keçirilən məlum məhkəmə prosesində korrupsiya ilə məşğul olan şəxs kimi çəkilib. Bu adam tükdən asılı vəziyyətdədir, istənilən an haqqında cinayət işi açıla və həbs edilə bilər. Bax bu cür adamlar vəzifələrini və azadlıqlarını itirməmək üçün xalqla prezidenti qarşı-qarşıya qoymaqda maraqlıdırlar. Bununla genişmiqyaslı kadr dəyişikliyi islahatlarını tormozlamağı düşünürlər”.

H.Hacıyev qeyd etdi ki, baş nazirin belə bir vəziyyətdə də ortada görünməməsi heyrət doğurur: “Ölkə iqtisadiyyatının vəziyyətinə hökumət cavabdehdir. Hökumətin başçısı-baş nazir isə sanki yoxdur. Artur Rasi-Zadə çıxıb xalqa vəziyyəti, vəziyyətdən çıxış yollarını izah etməlidir. Lakin sanki bu ölkə baş nazirsizdir. Artur Rasi-Zadənin bu xalqa azacıq yazığı gəlirsə, ortaya çıxmalıdır və rəhbərlik etdiyi hökumətin xalqı böhranla üz-üzə qoyduğunu etiraf edib istefa verməlidir. Bunun ardınca isə iqtisadi bloka aid nazirlər istefa verməlidir. Xalqın boğazından zəli kimi yapışıb bu xalqı dövlətdən, prezidentdən narazı salmasınlar, istefa verib getsinlər, prezidentin islahatlar proqramı normal şəkildə həyata keçirilsin. Mən xəbərdarlıq edirəm, əgər həmin nazirlər, məmurlar təxribatlarını dayandırmasalar, İlham Əliyevə xəyanətlərinə son qoymasalar onları məhv etmək üçün əlimdən nə gəlir hamısını edəcəyəm. O cür adamların dini-imanı yoxdur, onların dini imanı-puldur. Yığdıqları pullar onların burnundan gələcək. Heydər Əliyevin, İlham Əliyevin verdiyi çörək həmin xəyanətkar məmurların burnundan gələcək”.  

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əli Mirəliyev: "Bilmirəm adamlara nə cavab verim"

Azərbaycanda ilk dəfə bəzi avtomobillər ucuzlaşıb

Paşinyanın helikopteri Böyük Qarakilsədə məcburi eniş etdi

"Eurolux"un rəhbəri və qardaşı oğlu niyə bıçaqlanıb?

Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - Yenilənib

Şuşa şəhərinə yeni köçürülən 32 ailəyə mənzillərin açarları təqdim edilib - Yenilənib

30 yaşlı kişiyə ərə veriləcəyi deyilən doqquzuncu sinif şagirdi ilə bağlı rəsmi açıqlama

Azad olunan ərazilərdə yeni sərhəd zastavası xidməti istifadəyə verilib

Zelenski Rusiya ilə atəşkəsə dair danışıqlardan imtina edib

“Şuşa – İƏT-in Gənclər Paytaxtı 2024” Beynəlxalq Proqramı ilə bağlı Protokol təsdiqlənib

Ən çox oxunanalar