Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Orxan Məmmədov: “Bu il KOB-lar aqrar sektora 190 milyon manat investisiya qoyub”

“Bu il KOB-lar aqrar sektora 190 milyon manat investisiya qoyub”...

“Ötən dövrlərin statistikasına əsasən, kənd təsərrüfatı sektorunda istehsal olunmuş mal və xidmətlərin ümumi dəyərinin 70%-dən çox hissəsini KOB-lar yaradıb və bu kateqoriyadan olan bizneslər bu il sektorda əsas kapitala 190 milyon manata qədər investisiya yatırıb”.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov “Məsləhət xidmətləri, yeni dəyər zənciri modellərinin yaradılması və aqroturizmin inkişafı vasitəsilə yerli ərzaq istehsalçılarının və aqro-biznes sahibkarlarının təşviqi” layihəsinə dair konfransda bildirib.

“Ərzaq təhlükəsizliyində əhəmiyyəti nəzərə alınaraq, KOBİA aqrar sektorda fəaliyyət göstərən biznes subyektlərinin inkişafına xüsusi diqqət yetirir. Apardığımız təhlillərin və keçirilmiş sahəvi görüşlərin nəticəsinə əsasında söyləyə bilərik ki, aqrar sığorta mexanizminin tətbiqi, suvarma suyu ilə bağlı çətinliklər, keyfiyyətli aqronom və digər məsləhət xidmətlərinə əlçatanlıq, subsidiya və digər maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsinə ehtiyac, qida təhlükəsizliyi sahəsində sənədləşdirmə prosedurlarında çətinlik, texnoloji avadanlıqların köhnəlməsi, bazarlara çıxış və s. aqrar sahədə fəaliyyət göstərən sahibkarları narahat edən başlıca məsələlərdəndir. KOBİA mandatı çərçivəsində müxtəlif sektorlarda, o cümlədən aqrobiznes sferasında fəaliyyət göstərən bizneslərə bir sıra dəstək mexanizmləri təqdim edir. Onların sırasında daxili bazar araşdırmalarına dəstək, elm, tədqiqat, dəstək və innovativ proqramlar üzrə qrantların verilməsi, təcrübə mübadiləsi proqramı və digərlərini qeyd etmək olar”, - deyə o, qeyd edib.

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

“Threads” sosial şəbəkəsi Türkiyədə bağlanıb

ABŞ-da atışma nəticəsində 3 polis əməkdaşı ölüb, 5-i yaralanıb

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Bakıda I və II Şəhidlər xiyabanında tanınmadan dəfn edilən 13 nəfərin şəxsiyyəti müəyyənləşib - Siyahı    

Maskın sərvəti “Baidu” ilə əməkdaşlıq fonunda 37 milyard dollar artıb

ABŞ "Qiyamət təyyarəsi"ni göstərdi: İlk olaraq prezidenti xilas edəcək - Foto

Ən çox oxunanalar