Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Oqtay Gülalıyevin səhhətində əsaslı dəyişikliklər yoxdur – həyat yoldaşı

Məşhur hüquq müdafiəçisi Oqtay Gülalıyevin İstanbulun “Amerika Xəstəxanası”nda müalicəsi davam etdirilir. Müsbət dinamika var: onun çəkisində artım var, duyğurları, reaksiyaları dəqiqləşir, bu barədə Turan-a Gülalıyevin həyat yoldaşı Firuzə Gülalıyeva bildirib.

“Amma, şüur oyanıqlığının nə zaman baş verəcəyi hələ də bilinmir. Oqtayı müalicə edən həkimlər də bunun nə zaman baş vercəyini deyə bilmirlər.

Biz Tükyiyəyə gələndə Azərbaycanda həkimlər onun yaşama şansını 20 faiz dəyərləndirmişdilər. Amma Oqtay hələ yaşayır, səhhətində irəliləyişlər var, nəfəs alması daha da rahatlaşıb. Türkiyədə əməliyyatları uğurlu keçib”, deyə o qeyd edib.

Xatırladaq ki, Oqtay Gülalıyevi 2019-cu il oktyabrın 29-da Bakının mərkəzində maşın vurub. O, ciddi kəllə-beyin travması alıb, amma o, yalnız ayın 31-də “City Hospital”da əməliyyat olunub.

Noyabrın 1-də o, Respublika Neyrocərrahiyyə Xəstəxanasına köçürülüb.

Noyabrın 5-də Heydər Əliyev Fondunun vasitəçiliyi ilə o, İstanbulun “Avrasiya” klinikasına aparılıb. Noyabrın 21-də Gülalıyev İstanbuldakı “Amerika Klinikası”na köçürülüb.

pia.az



 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

ABŞ-da atışma nəticəsində 3 polis əməkdaşı ölüb, 5-i yaralanıb

Bakıda I və II Şəhidlər xiyabanında tanınmadan dəfn edilən 13 nəfərin şəxsiyyəti müəyyənləşib - Siyahı    

Maskın sərvəti “Baidu” ilə əməkdaşlıq fonunda 37 milyard dollar artıb

Əli Mirəliyev: “Kişi botoks etdirməz, saçına rəng qoymaz” - Video    

ABŞ "Qiyamət təyyarəsi"ni göstərdi: İlk olaraq prezidenti xilas edəcək - Foto

Ən çox oxunanalar