Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Onların 70 faizi cəllad, 30 faizi xəstədir” – Seyran Səxavət

Sentyabrın 27-də erməni təxribatı nəticəsində başlayan müharibədə çoxlu sayda mülki vətəndaşımız həyatını itirib. Azərbaycan Ordusu cəbhədə düşməni darmadağın etdiyi üçün mənfur ermənilər qisası dinc əhalidən almağa çalışır və döyüş bölgəsindən uzaqda yerləşən ərazilərimizə raket hücumu təşkil edir. Maraqlı məqam odur ki, əsgərlərimiz Ermənistanın silahlı qüvvələrinə ağır zərbələr endirməsinə baxmayaraq, bu müddət ərzində bir erməni “ziyalısı” müharibənin dayanmasını tələb etməyib.

Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən yazıçı Seyran Səxavət bildirib ki, erməni ziyalı təbəqəsi deyilən bir anlayışdan uzun müddətdir ki, xəbəri yoxdur:

“Sovet vaxtı bizim hər cür əlaqələrimiz var idi. Onlar arasında ən çox yazıçıları tanıyırdıq və elə aranı qarışdıran yazıçılar idi. Zori Balayan, Silva Kaputikyan bu qəbildən olanlardan idi. Onlar hər şeyi tərsinə danşırdılar. O vaxt iki nəfər erməni ziyalısı nisbətən vicdanlı mövqe ortaya qoymuşdu. Onlardan biri Rusiyanın çox nəhəng aktyoru Cigərxanyan, bir də elə Ermənistanda yaşayan erməni yazıçısı Qrant Matevosyan idi. Onlar elə danışırdılar ki, nə şiş yansın, nə kabab... Amma digərləri hər şeyi kökündən vurub bütün körpüləri yandırırdılar. Bu günə gəldikdə isə deyə bilərəm ki, son 100 ildə ermənilərin gördüyü işləri mənəviyyat meydanında tərəziyə qoysaq görərik ki, onlarda belə bir şey yoxdur. Mən artıq bu qərara gəlmişəm ki, ermənilərin 70 faizi cəlladdır, insanlıqdan kənar olan varlıqlardır. Ermənilərin başbilənləri öz xalqının da əlini qana batırır. Heç olmasa, xalq ayağa qalxsın və desin ki, mənim övladım niyə gedib, başqasının torpağında ölməlidir? Erməni xalqı buna biganədir. Yerdə 30 faiz qalır ki, onların da hamısı xəstədir. Bunlar elə bir virusla yaşayırlar ki, beyinləri çürüyüb. Onları sağaltmağın tək yolu öz torpaqlarında məhv etməkdir. Real vəziyyət budur. Gəlsinlər, oturaq, baxaq onların vəhşiliklərinə... Gəncədə törətdikləri hadisə dediklərimi təsdiq etmək üçün kifayətdir. Ötən yüzillikdə törətdikləri qırğınlar hər şeyi açıq şəkildə göstərir. Allahın bunlardan xəbəri yoxdur. Bunlar Allahın fabrikində yox, başqa bir yerdə istehsal olunmuş ruhsuz, insanlıqdan kənar canlılardır. Mən bütün varlığımla körpə uşaqları öldürənlərə, qadınlara əl qaldıranlara nifrət edirəm”.

Yazıçı vurğulayıb ki, hərbi yoldan başqa həll yolu yoxdur:

“Üç gün qabaq biz başqa yolu sınamaq istədik. Humanitar atəşkəs olundu, lakin ermənilər gecə ilə Gəncəni atəşə tutdular. Binaları dağıtdılar, insanları öldürdülər. Bunlarla başqa yolu tutsan, gərək, bütün varlığını, mənəviyyatını, ləyaqətini ayaq altına atıb gedəsən. Onlar kimdir ki? Azərbaycan xalqı böyük xalqdır. Biz davam etməliyik, bir an belə dayanmaq olmaz”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar - Video

Şuşaya yeni həyat verilir: İlk köçün həyəcanı yaşanır - Video

Bir qrup incəsənət xadiminə Prezident mükafatları veriləcək - Sərəncam

İki övladını küçəyə atan ananın üçüncü övladı da əlindən alındı - Açıqlama

Dövlət Film Fondunun direktoru: “Çətin vəziyyətdə qalmışdıq, Hacıbaba Bağırov bizə iş verdi” - Foto  

İlham Əliyev bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin təqaüdünün verilməsi barədə sərəncam imzalayıb

Ən çox oxunanalar