Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Onlara cavab verdikcə, insanın səviyyəsi aşağı düşür” – Natiq Cəfərli

Milli Şuranın sonuncu qapalı toplantısı ilə əlaqədar şok video-parça yayılıb. Qurumun rəhbərliyində təmsil olunan şəxslər bu dəfə də üz-üzə gəldikləri ictimai-siyasi statusu olan şəxslərə qarşı təhqiramiz ifadələr səsləndiriblər. Onların növbəti təhqir hədəfinə çevrilənlər "Turan" agentliyinin rəhbəri Mehman Əliyevi və REAL partiyasının liderlərindən olan Natiq Cəfərli olub.

REAL Partiyasının sədr müavini Natiq Cəfərli məsələ ilə bağlı Yenisabah.az-a açıqlamasında bildirib ki, bu məsələyə geniş cavab vermək istəmir. Çünki o səviyyəyə düşməyi özünə ayıb sayır:

“Onlara cavab verdikcə insan onların səviyyəsinə düşür. Cəmiyyət hər şeyi görür, cəmiyyətin və ictimaiyyətin gördüklərindən nəticə çıxarması mənim cavab verməyimdən daha önəmlidir. Bunun hücum serialının neçənci seriyası olduğunu artıq unutmuşam. Hər birində insanların təhqir olunması, aşağılanması o təşkilatın nə qədər marginal olduğunu, hansı səviyyənin daşıyıcısı olduğunu göstərir. Ona görə də cəmiyyətin bu məsələ ilə bağlı fikrinin formalaşması geniş cavab verməkdən daha önəmlidir. Mən əminəm ki, bu, fikir artıq formalaşıb. Onlar ,əsasən, xaricdə məskunlaşmış və Azərbaycan reallıqlarından tamamilə bixəbər olan bir qrupdurlar. Mənim üçün bu mövzu bağlanıb”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar - Video

Şuşaya yeni həyat verilir: İlk köçün həyəcanı yaşanır - Video

Bir qrup incəsənət xadiminə Prezident mükafatları veriləcək - Sərəncam

İlham Əliyev bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin təqaüdünün verilməsi barədə sərəncam imzalayıb

Bakıda beşmərtəbəli binada təhlükəli vəziyyət: RİH-in razılığı ilə zirzəmini mənzil etdilər - Foto

Moskvada “9 May” qələbə günü münasibətilə hərbi parad keçirilib - Canlı yayım

Ən çox oxunanalar