Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ölüm olsa idi, həyat maraqsız olardı” - Sevda Ələkbərzadə

“Düşünürəm ki, ölüm yoxdur. Bu, başqa həyata keçiddir. Ölüm olsa idi, həyat maraqsız olardı. Dərin insan bunu anlamalıdır. Dayaz insan deyəcək ki, hər şey bununla bitir”...

Bu sözləri Əməkdar artist Sevda Ələkbərzadə “Popumuz var” verilişində deyib.

O, zamanla filosofların fikirlərindən uzaqlaşaraq mistikaya daha çox inam bəslədiyini söyləyib:

“Mistiklər mənə daha çox yaxındır. Bəzi mistiklər bilən informasiyaları filosoflar bilmir. Alimlər görürsə, inanır, görmürsə, inanmır. İnsan ateistdirsə, dayazdır. Darvin deyirdi ki, insan meymundan əmələ gəlib. Təbii ki, dayazdır. Mistik deyil, çox ağıllıdır, intelektualdır, amma dərinliyi yoxdur. İnsan beş sinfi bitirə bilər, amma dəryadır. Oxumadığı kitab qalmayan adamlar var ki, çox dayazdır. İnsanlığı, vicdanı yoxdur. Oxuduqları kitab hara gedir? Bu, təkcə oxumaqla deyil. Nəyisə düzgün etmirəmsə, gecə yatmıram. Mənə bir söz deməklə öldürmək olar. Elə olub ki, bir sözə görə üç gün yatmamışam”.

Müğənni hər şeyə görə Allaha təşəkkür etdiyini deyib:

“Yaradanla mütəmadi dialoqdayam. Ona hər şey üçün təşəkkür edirəm. Danışdıqlarım intim mövzudur deyə, danışa bilmərəm. Amma ona səmimi qəlbdən şükür edəndə səndə kosmik bir hiss yaranır. İnsanın özü möcüzədir. Ayı, ulduzları görürsən. Həyatımız nağıldır. Sən də möcüzəsən, mən də. Bunları necə görməmək olar?”.(axşam.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

Şuşaya yeni həyat verilir: İlk köçün həyəcanı yaşanır - Video

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar - Video

Bir qrup incəsənət xadiminə Prezident mükafatları veriləcək - Sərəncam

İlham Əliyev bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin təqaüdünün verilməsi barədə sərəncam imzalayıb

Bakıda beşmərtəbəli binada təhlükəli vəziyyət: RİH-in razılığı ilə zirzəmini mənzil etdilər - Foto

Moskvada “9 May” qələbə günü münasibətilə hərbi parad keçirilib - Canlı yayım

Ən çox oxunanalar