Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ölkədən qaçanları Rusiyadan ekstradisiya edə bilmirik” – Paşinyan

Ermənistan Respubkaçılar Partiyasından keçmiş deputat və sabiq Müdafiə naziri Aram Arutyunyan və Ədliyyə Nazirliyinin keçmiş xidmət rəisi, Respublikaçılar Partiyasından keçmiş deputat Miqran Poqosyan toxunulmazlıqlarından yararlanaraq ölkəni tərk edə biliblər

“Sputnik Armeniya” xəbər verir ki, Ermənistanın Baş Naziri Nikol Paşinyan aprelin 26-da jurnalistlərə açıqlamasında bildirib.

“Miqran Poqosyan iri həcmdə dövlət əmlakını mənimsəmək və dağıtmaqda, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur. Onun barəsində Ermənistanda axtarış elan olunub. Rusiyanın hüquq-mühafizə orqanları onu Kareliyada tutublar. Hazırda Poqosyanın Ermənistana ekstradisiyası barədə danışıqlar aparılır”, – o, deyib.

Baş Nazir vurğulayıb ki, Aram Arutyunyan iri məbləğdə rüşvət almaqda qanunsuz qolla əldə etdiyi var-dövlətin leqallaşdırılmasında ittiham olunur: “Məhkəmə qiyabi olaraq onun barəsində həsb qətimkan tədbiri seçib və axtarış elan edib”.

Hər iki məmur 2018-ci ilin dekabrında keçirilən parlament seçkilərinədək Serj Sarkisyanın başçılıq etdiyi Respublikaçılar Partiyasının deputatı olub.

“Onlar toxunulmazlıq hüquqlarından yararlanıblar. Əgər onları saxlasaydılar, onda deyəcəkdilər ki, bəs qanun, onun aliliyi harada qaldı? Dünya çox kiçikdir, hara gedəcəklər?”, – o qeyd edib.

Nikol Paşinyan Rusiyanın yaxın günlərdə keçmiş deputatları Ermənistana ekstradisiya edib-etməyəcəyi ilə bağğlı suala cavab verməkdə çətinlik çəkib: “Bildiyimə görə, keçmiş Müdafiə naziri Rusiya vətəndaşıdır və biz bunu nəzərə almalıyıq. İndi elə bir şərait yaranıb ki, qanun icazə vermədiyindən biz öz vətəndaşmızı ekstradisiya edə bilmirik”.(Report)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Gürcüstanda polis etirazçılara rezin güllədən istifadə edib, yaralananlar var - Yenilənib

Avropada rus klassiklərinin nadir nəşrləri kütləvi şəkildə oğurlanıb

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Ən çox oxunanalar