Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Oğuzda şəlaləyə baxmaq və foto çəkdirmək niyə pulludur? - Video

Oğuz rayonundakı Xalxal şəlaləsinə baxmaq, şəlalənin yaxınlığında şəkil çəkdirmək istəyən turistlərdən ödəniş tələb olunur. Rayonun Xalxal kəndində olan şəlaləyə yaxınlaşmaq üçün olan körpüdən keçmək ödənişlidir

Şəlaləyə yaxınlaşmaq və şəkil çəkdirmək üçün adambaşına 1 manat 20 qəpik, qayıqla 10 dəqiqəlik gəzinti üçün isə 20 manat ödənilməlidir.

İstirahət mərkəzində olan şəlalə, əslində, təbii şəlalədən seçilməsə də, 2015-ci ildə istirahət mərkəzinin sahibi tərəfindən yaradılıb.

Təxminən üç kilometr məsafədən çay suyu dəmir boru ilə gətirilərək görünən hündürlükdən qayaların üstünə tökülür.

İstirahət mərkəzinin nümayəndəsi ərazinin hər yerində deyil, təkcə şəlaləyə gedən körpüdən suya yaxınlaşmanın ödənişli olduğunu deyir.

O bildirib ki, bu şəlalənin onlar tərəfindən yaradılması Oğuz rayonuna turistlərin daha çox cəlb olunmasına səbəb olub.

Xalxal bələdiyyəsinin sədri Nəriman Ramazanov da şəlalənin 2015-ci ildə obyekt sahibləri tərəfindən süni yaradıldığı təsdiq edib. Bələdiyyə sədri bu məsələyə müdaxilə etmək səlahiyyətinin olmadıgını bildirib.(Xəzər” TV)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - Foto

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Türkiyədə artan inflyasiya Azərbaycanda hansı sahələrə təsir edir?

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

İstanbulda qol dueli: “Beşiktaş” son saniyələrdə sevindi - Video

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

Ən çox oxunanalar