Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Novruz bayramında əfv olacaq

Fevralın ikinci yarısından Əfv Məsələləri üzrə Komissiyanın iclaslarının keçiriləcəyi gözlənilir.

Komissiyyadan bildirilib ki, buna səbəb məhkumlar tərəfindən daxil olan müraciətlərin hədsiz çox olmasıdır:

“Komissiyanın iclasları keçirilməklə sonuncu əfv sərəncamı 2019-cu ilin Novruz bayramında verilib. 2020-ci ildə isə iclas keçirlməsə də, ölkə rəhbəri tərəfindən daha bir əfv sərəncamı imzalandı və pandemiya ilə bağlı 65 yaşdan yuxarı bir qrup şəxs azadlığa çıxdı.

İndi Komissiyaya hədsiz sayda müraciət daxil olub. Həmin müraciətlərin müzakirəsi və araşdırılması isə vaxt tələb edir. Hazırda Komissiyanın katibliyində həmin müraciətlərlə bağlı gərgin iş gedir.

Daxil olan müraciətlərin çoxluğu nəzərə alınaraq, iclasların keçirilməsi nəzərdə tutulur. Novruz bayramı ərəfəsində isə əfv sərəncamının imzalanacağı gözlənilir. Ümid edirik ki, sərəncam növbəti dəfə təxirə düşməz”.

Qeyd edək ki, ölkə rəhbəri tərəfindən Yeni il ərəfəsində növbəti əfv sərəncamının imzalanacağı gözlənilsə də, bu, müəyyən səbəblərdən təxirə salınmışdı.(Modern.az)

pia.az

 

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN-in güllələnən sabiq əməkdaşı ilə bağlı yeni təfərrüat 

Politoloq: Ərdoğan öz yerinə layiqli namizədlər hazırlayıb...

Azərbaycanın məşhur şirkəti istehsalı və satışı dayandırdı

Ukrayna Kurskda möhkəmlənir, Rusiya Donetski ələ keçirir...

'Əkinçilik" Elmi Tədqiqat İnstitunun deputatlığa namizəd direktoru milyonluq villa tikdirir? - İddia

Azərbaycanda polis kapitanının ölümünün təfərrüatı məlum olub - Foto

Bədəl Bədəlov əsəbiləşdi: "Rövnəq Abdullayev mənə dəstək verib?"

Elxan Şahinoğlu: Putin demək istədi ki, Kreml Cənubi Qafqazdakı maraqlarını arxa plana keçirməyəcək...

Lukaşenko: Ermənilər bizdən başqa kimə lazımdır?

Sevda Sanaliyevanı təqib edən şəxs polisə çağırıldı

Ən çox oxunanalar