Çərşənbə, 09 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nigeriyada silahlıların basqını zamanı azı 50 nəfəri öldürülüb

Nigeriyada silahlı dəstələr ölkənin şimal-qərbindəki kəndə hücum edib...

Bir neçə dəstədən ibarət ittifaq Nigeriyanın şimal-qərbindəki Yarqoje kəndinə basqın həyata keçirib.

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb. Agentlik xəbər verir ki, basqında azı 50 nəfər həlak olub, yaraqlılar həmçinin onlarla yerli sakini, o cümlədən qadın və uşaqları qaçırıb.

Kənd sakinlərindən biri Reuters-ə bildirib ki, motosikletli onlarla silahlı kəndə soxulub. Onlar insanları fərq qoymadan güllələyib, sonra evləri qarət etməyə başlayıblar.

Xatırladaq ki, kəndlərə hücumlar və xərac üçün adam oğurluğu Nigeriyanın şimalında tez-tez baş verir. Region şimal-şərqdə 15 ildir davam edən islamçı üsyan və şimal-mərkəzi bölgələrdə fermerlər və çobanlar arasında tez-tez ölümlə nəticələnən toqquşmalara məruz qalıb.

Qeyd edək ki, təxminən bir il əvvəl Nigeriyada prezident Bola Tinubu hakimiyyətə gəlib. O, banda hücumlarına son qoyacağına söz verib, lakin o vaxtdan bəri silahlıların hücumları demək olar ki, adi hala çevrilib. Qruplar tez-tez mühafizəsi olmayan təhsil müəssisələrinə hücum edirlər. Mart ayında silahlılar xərac almaq üçün 302 məktəblini qaçırmışdılar.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Moskvada MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib - Yenilənib

Cəlilabaddakı yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub - Yenilənib

İsrailin İranın Suriyadakı səfirliyinin yaxınlığına hücumunun ilk görüntüləri yayılıb - Yenilənib

Tofiq Zülfüqarovdan sensasion müsahibə: “Sazişin mahiyyətini sonra dəyişmək istəyirlər”

Paşinyan: Ermənistan bu ay Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır - Yenilənib

Bakıda xəstəxana yaxınlığında güclü yanğın başlayıb - Yenilənib

Azərbaycanda ailədə ikinci uşağa hər ay 100 manat...

Prezident İlham Əliyev Moskvada "Rossiya 1" televiziya kanalına müsahibə verib

Efiopiyada denge epidemiyası: Səhiyyə sistemi çökür

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay