Çərşənbə, 09 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin: Bizim favoritimiz Bayden idi, indi isə Harrisi dəstəkləyirik...

Rusiya prezident Vladimir Putin bildirib ki, prezident seçkilərində Kremlin favoriti ABŞ-ın hazırkı prezidenti Co Bayden olub...

Poliqon xəbər verir ki, Vladimir Putin bu barədə Şərq İqtisadi Forumunda (EEF) plenar iclasda təbəssümlə danışıb. Rusiya prezidenti qeyd edib ki, Bayden seçkilərdə iştirakdan imtina etmək qərarına gəldiyindən və tərəfdarlarını vitse-prezident Kamala Harrisi dəstəkləməyə çağırdığından, Kreml də Harrisi dəstəkləyəcək..

"Favoritlərə gəlincə, bunu müəyyən etmək bizim işimiz deyil. Bu, hələ də Amerika xalqının seçimidir. Dedim ki, belə demək mümkünsə, bizim sevimli namizədimiz indiki prezident cənab Bayden idi. O, yarışdan çıxdı, lakin bütün tərəfdarlarını xanım Harrisi dəstəkləməyə təşviq etdi. Biz də bunu edəcəyik - onu dəstəkləyəcəyik. İkincisi, o, çox ifadəli və yoluxucu şəkildə gülür. Bu o deməkdir ki, o, yaxşı işləyir", deyə Putin bildirib.

Rusiya prezidenti qeyd edib ki, indi yenidən dövlət başçısı postuna iddialı olan ABŞ-ın 45-ci prezidenti Donald Tramp ondan əvvəl heç bir Amerika prezidentinin tətbiq etmədiyi qədər sanksiya tətbiq edib:

"Əgər xanım Harris yaxşı işləyirsə, o zaman bəlkə də bu cür hərəkətlərdən çəkinəcək. Son nəticədə seçim Amerika xalqının ixtiyarındadır və biz bu seçimə hörmətlə yanaşacağıq".

ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Əvvəlcə Co Bayden onlarda iştirak etməyi planlaşdırsa da, sonradan namizədliyini geri götürüb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Moskvada MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib - Yenilənib

Cəlilabaddakı yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub - Yenilənib

Şuşaya köçən daha 16 ailəyə açarları təqdim edilib - Fotolar

İsrailin İranın Suriyadakı səfirliyinin yaxınlığına hücumunun ilk görüntüləri yayılıb - Yenilənib

Paşinyan: Ermənistan bu ay Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır - Yenilənib

Aslan İsmayılov iş adamı İlham Qasımovu ifşa etdi - “Dələduzluğunu davam etdirir...”

Moskvada Vladimir Putinlə Nikol Paşinyan arasında ikitərəfli görüş keçirilib - Video

Tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimənin məbləği kəskin artırılır

Şuşada “Türktransp­lant”ın təsis edilməsinə dair niyyət protokolu imzalanıb - Yenilənib

Moskvada Prezident İlham Əliyevin Putinlə görüşü olub - Yenilənib

Bakıda xəstəxana yaxınlığında güclü yanğın başlayıb - Yenilənib

Ukrayna parlamentində səfərbərliklə bağlı qanunun müzakirəsi zamanı mübahisə yaranıb

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay