Çərşənbə, 09 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Almaniyadan vətənlərinə deportasiya edilən əfqanların aqibəti necə olur?

Bu yaxınlarda Almaniyadan vətənlərinə deportasiya edilən Əfqanıstandan olan cinayətkarlar Kabil yaxınlığındakı həbsxanada saxlanılır...

Poliqon xəbər verir ki, bu barədə Bild-ə Əfqanıstandakı mənbədən məlumat verilib.

"Almaniyadan deportasiya olunanları həbsxanaya apardıq. Hazırda hər bir iş üzrə araşdırma aparılır. Bundan sonra onların taleyinin necə olacağına məhkəmə qərar verəcək", deyə mənbə bildirib.

Almaniyadan deportasiya edilən cinayətkarlar Əfqanıstanın ən böyük həbsxanası sayılan bədnam Puli Çarxi həbsxanasında saxlanılmağa davam edəcək. Bir vaxtlar minlərlə Taliban üzvü təşkilat 2021-ci ilin avqustunda hakimiyyəti ələ alana kimi orada saxlanılıb.

Beynəlxalq təşkilatların hesabatlarına görə, Puli Çarxidə yaşayış şəraiti çox pisdir. Həbsxana həddindən artıq doludur və antisanitardır: demək olar ki, su yoxdur və tualet çox azdır. Talibanın məlumatına görə, 2022-ci ilin qışında 120-dən çox məhbus donaraq ölüb.

Bu yaxınlarda Leypsiqdən Kabilə uçan "Boeing 787" təyyarəsinin göyərtəsində Almaniyanın müxtəlif ştatlarından olan 28 əfqan cinayətkarı olub. Onların hər birinə 1000 avro verilib. Kabilə gəldikdən sonra pulun necə olduğu məlum deyil.

Deportasiya edilənlər arasında Almaniyada 166 dəfə polis tərəfindən yaxalanan Abdul Saber Fazeli, keçmiş sevgilisinin yeni sevgilisini bıçaqla öldürməyə cəhd edən Qauhar Xan və daha üç qaçqınla birlikdə 14 yaşlı qıza bir neçə saat təcavüz edən Muxtar N. də var.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Moskvada MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib - Yenilənib

Şuşaya köçən daha 16 ailəyə açarları təqdim edilib - Fotolar

Cəlilabaddakı yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub - Yenilənib

Aslan İsmayılov iş adamı İlham Qasımovu ifşa etdi - “Dələduzluğunu davam etdirir...”

Paşinyan: Ermənistan bu ay Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır - Yenilənib

Moskvada Vladimir Putinlə Nikol Paşinyan arasında ikitərəfli görüş keçirilib - Video

Tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimənin məbləği kəskin artırılır

Şuşada “Türktransp­lant”ın təsis edilməsinə dair niyyət protokolu imzalanıb - Yenilənib

Moskvada Prezident İlham Əliyevin Putinlə görüşü olub - Yenilənib

İsrailin İranın Suriyadakı səfirliyinin yaxınlığına hücumunun ilk görüntüləri yayılıb - Yenilənib

Ermənistan Prezidenti: COP29-a qədər Azərbaycanla sülh imzalamağa ümid edirik

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay