Şənbə, 14 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yaponiya ABŞ-dan atom bombalarına görə üzr istəməsini tələb edir

Amerika Xirosima və Naqasakiyə atılan atom bombalarına görə yapon xalqından üzr istəməlidir...

Poliqon xəbər verir ki, bu fikri Yaponiya parlamentinin yuxarı palatasının üzvü Muneo Suzuki deyib.

O qeyd edib ki, ötən il Xirosimada G7 sammiti keçirilib və orada ABŞ prezidenti Co Bayden çıxış edib. Bu, ABŞ üçün tarixdə ilk dəfə olaraq atom bombasından istifadənin səhv olduğunu etiraf etmək və üzr istəmək üçün əla fürsət idi. Lakin Amerika lideri bunu etməyib.

"Heç vaxt belə bir üzr istəmədiyinə görə hesab edirəm ki, sammitdə bunu deməyə məcbur olmalı idilər. Baş nazir Fumio Kişida bu barədə heç nə etmədi. Hər şey Amerikanın istədiyi kimi gedir", deyə deputat bildirib.

"Yaponiya ABŞ-ı tənqid etmir və bir sıra səbəblərə görə Xirosima və Naqasakiyə atılan atom bombalarına görə rəsmi Vaşinqtondan üzr istəməsini tələb etmir. Bunlardan biri də bu gün ABŞ-ın Yaponiya üzərindəki nüvə çətiridir". Bunu isə Ritsumeikan Universitetinin professoru Masato Kamikubo deyib.

O qeyd edib ki, bombardmanlara görə üzr istəmək tələblərinin olmamasının səbəblərindən biri Yaponiyanın II Dünya müharibəsi bitdikdən sonra təhlükəsizlik məsələlərini Vaşinqtonun yurisdiksiyasına qoyaraq ABŞ-a tabe olmasıdır.

Bundan əlavə, Yaponiya ABŞ-ın nüvə çətiri altındadır. Bununla bağlı ekspert qeyd edib ki, Yaponiya ABŞ-ı atom bombalarına görə açıq şəkildə tənqid edə bilməz.

Eyni zamanda, Kamikubonun fikrincə, Yaponiyada güclü bir inam var ki, Tokio müharibəyə girərkən böyük səhv edib, bununla da Xirosima və Naqasaki faciəsinə yol verib.

Baş nazir Fumio Kişida isə Naqasakidə anım mərasimində deyib ki, Yaponiya Xirosima və Naqasaki faciəsinin təkrarlanmasına imkan verməməlidir və Tokio bu barədə həqiqəti söyləməyə davam edəcək.

"Biz heç vaxt Naqasaki və Xirosimada baş verən faciənin təkrarlanmasına imkan verməməliyik", deyə Yaponiya Nazirlər Kabinetinin rəhbəri vurğulayıb.

O qeyd edib ki, bununla əlaqədar Yaponiyanın mühüm vəzifəsi "nüvə silahı olmayan dünya" ideyasını təbliğ etmək, həmçinin 1945-ci ildə Yaponiyanın bombalanması ilə bağlı tarixi həqiqəti çatdırmaqdır. Kişida əlavə edib ki, Tokio gələcəkdə də dünya ictimaiyyətinə Naqasakinin atom bombasının atıldığı sonuncu yerə çevrilməsinin vacibliyi barədə məlumat verməyə davam etmək niyyətindədir.

Qeyd edək ki, Xirosima və Naqasakinin atom bombardmanı bəşər tarixində nüvə silahının hərbi məqsədlə tətbiq olunduğu ilk və yeganə nümunədir. II Dünya müharibəsinin sonlarında Sakit Okean cəbhəsində aparılan hərbi əməliyyatlar çərçivəsində ABŞ Silahlı Qüvvələri tərəfindən Yaponiyanın kapitulyasiyasını sürətləndirmək məqsədilə həyata keçirilib. Atom bombası böyük partlayışlara və onminlərcə insanın ölümünə səbəb olub.

1945-ci il 6 avqust tarixində ekipaj rəhbəri polkovnik Pol Tibbetsin anasının şərəfinə adlanan "Enola Gay" amerikan B-29 bombardman təyyarəsi "Balaca oğlan (bomba)" adlı atom bombasını Yaponiyanın Xirosima şəhərinə atıb. "Balaca oğlan" bombası 13-18 kiloton trotilə bərabər idi. 9 avqust 1945-ci il tarixində 21 kiloton trotilə ekvivalent olan "Gonbul (bomba)" adlanan atom bombası "Bockscar" amerikan B-29 bombardman təyyarəsi tərəfindən Naqasaki şəhərinə atılıb Xirosimada həlak olanların sayı 90-166 min arası, Naqasakidə isə 60 mindən 80 minə qədər olub.

Yaponiyaya ABŞ-nin atom bombaları şoku Yaponiyanın baş naziri Kantaro Sudzuki və xarici işlər naziri Toqo Sigenorinin hökumətini müharibəni dərhal bitirməyə məcbur edib. 15 avqust 1945-ci ildə Yaponiya kapitulyasiyasını elan edib. 1945-ci ilin 2 sentyabrında imzalanmış kapitulyasiya aktı II Dünya müharibəsini formal olaraq bitirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Onların dairəsində 6 məntəqənin nəticələri ləğv edildi - Rəsmi

Politoloq: Rusiya bu durumda nüvə silahı işlətməkdən çəkinməyəcək...

“Məni uzaqlaşdırmaq üçün səsvermə keçirirlər” - Ramiz Rövşənin oğlu

Tramp və Harrisin İsrail sevgisi... - Qəzzada baş verənlər fonunda bu utancverici deyilmi?

İsmayıl Haniyənin ölümü İranın maraqlarına uyğun olub?

Kreml Ərdoğanın Krımla bağlı mövqeyinə münasibət bildirib

Azərbaycan Qran-prisi: "Formula 1"də ilk sərbəst yürüş başa çatıb, Ferstappen birinci olub - Yenilənib

Şamaxıda ər-arvad bıçaqlanıb, biri ölüb: cinayət işi açılıb - Yenilənib

Ermənistan Hindistandan ATAGS artilleriya qurğularını alır... - Paşinyan əslində nə istəyir?

Ən çox oxunanalar