Şənbə, 14 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp Putinlə bağlı Zelenskiyə nə deyib?..

ABŞ seçkilər Amerika xalqının işidir. Amma Kiyev üçün çox vacibdir ki, həm prezidentliyə namizədlər, həm də onların ətrafındakı insanlar Ukraynada baş verənləri aydın başa düşsünlər...

Poliqon xəbər verir ki, bunu Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak "Evropeyska Pravda" portalına müsahibəsində bildirib.

Yermak vurğulayıb ki, hər iki namizədin həqiqətən də Ukraynanın qələbəsi üçün planı və qələbə strategiyası olması çox vacibdir. Yermak təsdiq edib ki, prezident Volodimir Zelenski ilə söhbəti zamanı Tramp Rusiya lideri Vladimir Putinə təslim olmağa hazır olması barədə bəyanatlara qulaq asmamağı deyib.

"Bəli, o, belə dedi. Bu barədə yayılan saxta xəbərlərə diqqət yetirmək lazım deyil. O, bunun necə bir müharibə olduğunu açıq şəkildə anladığını və Amerikanın Ukraynanı dəstəklədiyini və dəstəkləyəcəyini söylədi. Bu, çox vacibdir", deyə Yermak əlavə edib.

Eyni zamanda Prezident Aparatının rəhbəri qeyd edib ki, Tramp Ukraynaya gəlməyə dəvət edilsə də, kampaniya zamanı belə səfər çətin olacaq. Yermak hətta Trampın qələbə qazanacağı təqdirdə andiçmə mərasimindən əvvəl də gələ biləcəyi ilə bağlı suala belə cavab verib:

"Bu halda daha çox şans var. Bu, qalib gələn istənilən namizədə aiddir. Mənə elə gəlir ki, bunun üçün arqumentlər var və Ukraynaya dəstək son illərdə Amerikanın ən uğurlu sərmayəsidir".

Vitse-prezidentliyə namizədlər Tim Vals (demokrat Kamala Harrisin namizədi) və Cey Di Vens (Respublikaçı Donald Trampın namizədi) gəlincə, Ukrayna başa düşür ki, bunlar fərqli insanlardır, lakin onlarla işləmək, mövqelərini dəyişmək lazımdır.

"Və son günlər mediada gördüklərimə görə, hətta Vensin ritorikası da dəyişir. Düzünü desəm, inanmıram ki, ABŞ-da nə vaxtsa Rusiyanın nə olduğunu anlamayan, ideoloji cəhətdən Ukraynanı dəstəkləməyə meyilli olmayan prezident ola bilər. Artıq ABŞ və Ukrayna arasında tarixi dəyişikliklər baş verib. Biz tərəfdaşa çevrilmişik, həqiqətən də bizim çox güclü müttəfiqlik əlaqələrimiz var. Və mən inanmıram ki, ABŞ-ın hər hansı gələcək prezidenti fərqli olacaq", deyə Yermak qeyd edib.

Poliqon.info


Etiket: Tramp Zelenski Putin


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Onların dairəsində 6 məntəqənin nəticələri ləğv edildi - Rəsmi

Politoloq: Rusiya bu durumda nüvə silahı işlətməkdən çəkinməyəcək...

“Məni uzaqlaşdırmaq üçün səsvermə keçirirlər” - Ramiz Rövşənin oğlu

Tramp və Harrisin İsrail sevgisi... - Qəzzada baş verənlər fonunda bu utancverici deyilmi?

İsmayıl Haniyənin ölümü İranın maraqlarına uyğun olub?

Kreml Ərdoğanın Krımla bağlı mövqeyinə münasibət bildirib

Azərbaycan Qran-prisi: "Formula 1"də ilk sərbəst yürüş başa çatıb, Ferstappen birinci olub - Yenilənib

Ermənistan Hindistandan ATAGS artilleriya qurğularını alır... - Paşinyan əslində nə istəyir?

Şamaxıda ər-arvad bıçaqlanıb, biri ölüb: cinayət işi açılıb - Yenilənib

Ən çox oxunanalar