Şənbə, 12 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Keçəllikdən xilas edən yeni üsul

Alimlər təsadüfən keçəlliyin yeni müalicə yolunu kəşf ediblər...

Belə ki, orqanizmdə mövcud olan təbii şəkərin (2dDR) saç uzanmasına kömək edə biləcəyi aşkar olunub. Oxu.az xəbər verir ki, bu barədə Şeffild Universiteti və Pakistan COMSATS Universitetinin alimləri uzunmüddətli tədqiqatlardan sonra elan ediblər.

Mütəxəssislərin sözlərinə görə, əslində tədqiqatda məqsəd keçəlliyin müalicəsini tapmaq olmayıb. Onlar 2dDR şəkərinin yaraların sağalmasını nə dərəcədə sürətləndirə biləcəyini öyrənməyə çalışıblar.

2dDR-ni heyvanların dərisinə gel şəklində tətbiq etdikdən sonra isə alimlər müalicə olunan sahələrdə tük böyüməsinin sürətləndiyini, həmçinin tük gövdələrinin qalınlığı və sıxlığının əhəmiyyətli dərəcədə artdığını görüblər. Məlum olub ki, bu faydalı effekt 2dDR-nin saç follikullarını qidalandıran yeni qan damarlarının böyüməsini stimullaşdırmaq qabiliyyəti ilə bağlıdır.

Sonrakı araşdırmalar göstərib ki, şəkər əsaslı gel və minoksidilin 20 gün istifadəsindən sonra kişi tipli keçəlliyi olan siçanlarda tük örtüyü 80-90% bərpa olunub.

Alimlər qeyd ediblər ki, gələcəkdə 2dDR əsaslı vasitələr alopesiyanın müalicəsində klinik praktikaya daxil ola bilər.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Millətlər Liqası: Azərbaycan Estoniya millisinə məğlub olub - Yenilənib

Tramp İrandan gələn təhlükəyə görə hərbi təyyarə tələb edir

Azərbaycanda çörəyin içinə iynə ilə elə şeylər yerdilir ki,... - Sədrdən şok açıqlama

Zelenski Almaniyanın Prezidenti ilə Ukraynanın ehtiyaclarını müzakirə edib

Bayden İsraildən Livandakı BMT sülhməramlılarının təhlükəsizliyini təmin etməyi xahiş edib

Finlandiya MN Ukraynaya əlavə 277 milyon avro ayırmağı nəzərdən keçirir

Avrokomissar: Azərbaycan COP29-a uğurlu sədrlik etməklə iqlim dəyişikliyi ilə mübarizədə vacib rol oynayacaq

Ər arvadının boşanmasının qarşısını almaq üçün maraqlı üsul tapdı - Foto

“Milton” qasırğası nəticəsində Florida ştatında ölənlərin sayı 16 nəfərə çatıb

Ən çox oxunanalar