NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanın Ukrayna ilə münaqişədə qalib gəlməsini alyans üçün ən böyük risk adlandırıb...
Poliqon xəbər verir ki, bu barədə Stoltenberq Vaşinqtonda NATO sammitinin açılışında etdiyi çıxışında bildirib Stoltenberq NATO ölkələrinin buna imkan verə bilməyəcəyini vurğulayıb və müttəfiqləri Ukraynaya yardımı artırmağa çağırıb.
“Bu müharibənin nəticəsi qlobal təhlükəsizlik sistemini onilliklər üçün müəyyən edəcək”, deyə NATO-nun baş katibi vurğulayıb və əlavə edib ki, Rusiyanın qələbəsi alyansın digər əleyhdarlarını – İran, Şimali Koreya və Çini gücləndirəcək.
Qeyd edək ki, iyun ayında Yens Stoltenberq Ukraynanın hərbi münaqişədə qələbəsini ölkənin ən qısa zamanda Şimali Atlantika Alyansına qəbul olunmasının şərtlərindən biri olaraq dəyərləndirib. NATO-nun baş katibi qeyd edib ki, Ukrayna bu müharibəni uduzsa, NATO-ya qoşulmağın daha mənası olmayacaq.
Poliqon.info