Cümə axşamı, 26 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağ Universitetinin təbliğat görüşü keçirilib

Xankəndi şəhərində yaradılmış Qarabağ Universitetinin təbliğat görüşü keçirilib...

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Poliqon-a verilən xəbərə görə, paytaxtdakı 20 nömrəli məktəb-liseydə keçirilən təbliğat görüşündə Qarabağ Universitetinin Pedaqoji fakültəsinin dekanı Kəklik Gozəlova, Sosial elmlər fakültəsinin dekanı Elmar Mustafayev, İncəsənət fakültəsinin dekanı Türkər Qasımzadə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq struktur bölmə əməkdaşları, məktəb-liseyin müəllim və şagirdləri, həmçinin ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış abituriyentlər iştirak ediblər.

Görüşdə çıxış edənlər işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində doğma yurd yerlərimizin yenidən qurulması, dayanıqlı inkişafı və həmin ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirilməsindən danışıblar. Bildiriblər ki, Prezident İlham Əliyevin sərəncamı ilə Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılması işğaldan azad olunmuş ərazilərimizin yenidən bərpası istiqamətində aparılan uğurlu siyasətin çox önəmli addımlarından biridir. Həmçinin vurğulanıb ki, işğaldan azad edilən ərazilərdə yüksəkixtisaslı kadrların hazırlığını həyata keçirən Qarabağ Universitetinin yaradılması Azərbaycan təhsilinin və elminin inkişafında müsbət nəticələrə səbəb olacaq.

Görüşdə məktəb-liseyin şagirdləri və ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərən abituriyentlərlə Qarabağ Universitetinə tələbə qəbulu ilə bağlı maarifləndirici söhbət aparıb, universitetin üstünlükləri, ixtisasları, tədris prosesi, müəllim heyəti, təqaüd imkanları, yataqxanası və s. barədə ətraflı məlumat verilib.

Fotolar

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Quru sərhədlər bu tarixədək bağlı qalacaq - Rəsmi

Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub - Yenilənib

Azərbaycanda bu rayonların icra başçısı yoxdur

Yüksək vəzifə verilən Sevinc Həsənova kimdir? – Dosye

Qeyri-qanuni ticarət canlanır - Aİ ölkələrinin tütün bazarında nə baş verir?

Azərbaycanda terror aktı hazırlamaqda ittiham olunan şəxs: İngilis casusuna aid kitab mənə maraqlı gəldi

Dövlət Gömrük Komitəsi “Veysəloğlu”ya cərimə yazdı – Məhkəmə araşdırması...

Ən çox oxunanalar