Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fizika üzrə Nobel mükafatçısı Piter Hiqqs vəfat edib

Dünyanın ən nüfuzlu fiziklərindən biri, sonradan onun adını daşıyan hissəciyi nəzəri olaraq qabaqcadan xəbər vermiş britaniyalı Piter Hiqqs 94 yaşında vəfat edib...

“Report” xəbər verir ki, bu barədə Böyük Britaniyanın Edinburq Universitetinin mətbuat xidməti məlumat yayıb.

Ali təhsil ocağı onun bir gün əvvəl, bazar ertəsi öldüyü açıqlayıb.

Universitetin məlumatında qeyd edilib ki, parlaq alimin dünyagörüşü və təxəyyülü “ətrafımızdakı dünya haqqında biliklərimizi zənginləşdirib”.

Xatırladaq ki, 2013-cü ildə fizika sahəsində Nobel mükafatına Hiqqs bozonu nəzəriyyəsini irəli sürmüş elmi qrup təmsilçiləri olan britaniyalı Piter Hiqqs və belçikalı Fransua Enqler layiq görülüblər.

Bu alimlər 1960-cı illərdə maddədə kütlənin əmələ gəlmə mexanizmini izah edən nəzəriyyəni işləyib hazırlamışdılar. Həmin nəzəriyyə 2012-ci ildə aşkar olunmuş Hiqqs bozonu hissəciyinin mövcudluğu ehtimalına söykənib. Hiqqs bozonu ötən il İsveçrədə CERN elmi mərkəzində quraşdırılmış Böyük Adron Kollayderində aşkar edilib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN-in güllələnən sabiq əməkdaşı ilə bağlı yeni təfərrüat 

Politoloq: Ərdoğan öz yerinə layiqli namizədlər hazırlayıb...

Azərbaycanın məşhur şirkəti istehsalı və satışı dayandırdı

Ukrayna Kurskda möhkəmlənir, Rusiya Donetski ələ keçirir...

'Əkinçilik" Elmi Tədqiqat İnstitunun deputatlığa namizəd direktoru milyonluq villa tikdirir? - İddia

Sevda Sanaliyevanı təqib edən şəxs polisə çağırıldı

Azərbaycanda polis kapitanının ölümünün təfərrüatı məlum olub - Foto

Elxan Şahinoğlu: Putin demək istədi ki, Kreml Cənubi Qafqazdakı maraqlarını arxa plana keçirməyəcək...

Lukaşenko: Ermənilər bizdən başqa kimə lazımdır?

Rusiya bazarında satılan erməni konyaklarının 90 faizi təhlükəlidir

Ən çox oxunanalar