Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Maduro ABŞ-ı gizli razılaşmaları yerinə yetirməməkdə ittiham edib

Venesuela rəhbəri Nikolas Maduro bildirib ki, ABŞ rəsmiləri Qətərdəki danışıqlardan sonra iki ölkənin əldə etdiyi gizli razılaşmaların heç birini həyata keçirməyib...

Poliqon xəbər verir ki, Maduro bu barədə Venesuela televiziyasının efirindı danışıb. Venesuela prezidenti ABŞ-ın sanksiyaları yumşaltmaq vədlərini “böyük yalan” adlandırıb.

Maduro sözünün üstündə durduğu üçün Vaşinqtonla gizli razılaşmaların təfərrüatlarını açıqlamayacağını vurğulayıb. Venesuela rəhbəri əlavə edib ki, sazişlər doqquz raund danışıqlardan sonra bağlanıb.

“Onlar heç nə etmədilər, heç nə! Yalan danışdılar, aldatdılar, aldatdılar!” deyə Maduro vurğulayıb və əlavə edib ki, Birləşmiş Ştatlar nəinki sanksiya təzyiqlərini yumşaltmayıb, əksinə, yeni sanksiyalar tətbiq edəcəyinə söz verib.

Qeyd edək ki, 2023-cü ilin sonunda Qətərdə aparılan danışıqlardan sonra Vaşinqton və Karakas Venesuelada həbsdə olan on amerikalı və 20 Venesuelalı siyasi məhbusu azad etməyə razılaşıb. Venesuela həmçinin ABŞ-dan qaçan və ABŞ-da korrupsiya ittihamı ilə üzləşən Leonard Frensisin ekstradisiyasına razılıq verib.

ABŞ prezidenti Co Bayden, Karakas üçün çirkli pulların yuyulması ilə bağlı ABŞ-da məhkəməni gözləyən Maduronun yaxın müttəfiqi Aleks Saabı əfv etmək sözünü verib.

Maduro həmçinin Meksikanın Ekvadordakı səfirliyinin ələ keçirilməsinin ABŞ-ın razılığı ilə həyata keçirildiyini bildirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Azərbaycan Bolqarıstana əlavə həcmdə enerji resursları tədarük edə bilər

Tbilisi meri: QHT-lər üçün ayrılan xarici pullar kəşfiyyat şəbəkələrinə xərclənir

Almaniya Ukraynaya daha 10 "Marder" PDM və "Leopard 2" tank mərmiləri verib

Ən çox oxunanalar