Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İstintaq Komitəsi: "Crocus"a hücum edən terrorçuların Ukrayna xüsusi xidmət orqanları ilə əlaqəsi olub

Rusiya İstintaq Komitəsi "Crocus City Hall"a hücum edən terrorçuların Ukrayna xüsusi xidmət orqanları ilə əlaqəsini müəyyən edib...

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, istintaq terrorçuların cinayətə hazırlığının məqamları haqqında artıq mühüm məlumatlar əldə edib.

Qeyd olunub ki, əldə olunan məlumatlar terrorçuların Ukrayna xüsusi xidmət orqanları ilə əlaqəsini göstərə bilər.

Xatırladaq ki, martın 22-də Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən "Crocus City Hall"a terror hücumu olub. Müslüm Maqomayev adına konsert salonuna əli silahlı dörd nəfər daxil olaraq avtomat silahla insanlara atəş açıblar və yanğın törədiblər. Nəticədə 140-dan çox insan həlak olub.

Rusiya hüquq-mühafizə orqanları terroru törətməkdə şübhəli bilinən şəxsləri, Ukrayna ilə sərhəddə, Bryansk vilayətində saxlayıb. Məlum olub ki, həmin şəxslər Tacikistan Respublikasının vətəndaşlarıdır. Məhkəmə terror cinayəti maddəsi ilə açılan iş çərçivəsində onlar və daha sonra istintaqa cəlb olunan 7 nəfər barəsində mayın 22-dək həbs qətimkan tədbiri seçib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Tbilisi meri: QHT-lər üçün ayrılan xarici pullar kəşfiyyat şəbəkələrinə xərclənir

Almaniya Ukraynaya daha 10 "Marder" PDM və "Leopard 2" tank mərmiləri verib

“Threads” sosial şəbəkəsi Türkiyədə bağlanıb

Ən çox oxunanalar