Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Britaniya və Fransa XİN rəhbərləri: Ukrayna uduzsa, biz uduzacağıq...

Böyük Britaniya və Fransanın xarici işlər nazirləri Devid Kemeron və Stefan Sejurne bildiriblər ki, Ukrayna Rusiya ilə münaqişədə uduzsa, digər Qərb ölkələri də uduzacağıq....

Poliqon xəbər verir ki, nazirlər bu barədə The Daily Telegraph qəzetinə “Entente cordiale” (ürək razılaşması) kimi tanınan İngiltərə-Fransız sazişinin 120 illiyi münasibətilə yazdıqları birgə məqalədə bildiriblər.

Məqalədə Britaniya və Fransa XİN rəhbərləri Kiyevi dəstəklədiklərini təsdiqləyiblər və eyni zamanda “Crocus City Hall”da baş vermiş terror aktı ilə bağlı Rusiya xalqı ilə həmrəy olduqlarını bildiriblər.

Onlar qeyd ediblər ki, Fransa və Böyük Britaniya iyulda Blenheym sarayında keçiriləcək Avropa Siyasi Birliyinin sammitində Ukraynaya sarsılmaz dəstəyini bir daha təsdiq edəcəklər.

“Biz həmçinin bu yay Vaşinqtonda NATO sammitinin səmərəli keçirilməsinə zəmanət veririk. Hər ikimiz çox açıq deyirik: Ukrayna bu müharibədə qalib gəlməlidir. Ukrayna uduzsa, biz uduzacağıq”, deyə məqalədə deyilir.

Nazirlər hesab edirlər ki, Qərb ölkələri Ukraynanın “Rusiyanı məğlub etməsi” üçün daha çox şey etməlidir. Onların fikrincə, dünya onları izləyir və “Ukrayna uduzarsa uyğun rəy” formalaşacaq.

Böyük Britaniya və Fransanın xarici işlər nazirləri terrorizmlə mübarizədə də əməkdaşlığı qeyd ediblər. Bununla əlaqədar olaraq, onlar “Crocus City Hall”dakı terror aktından sonra “rus xalqı ilə həmrəy olduqlarını” xatırladıblar. London və Paris hücumun İŞİD tətərfindən həyata keçirildiyini vurğulayıblar.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

May ayında gözlənilən maqnit qasırğaları: Ən təhlükəlisi nə vaxt olacaq?

Ukraynada vəziyyət gərginləşib: Odessa və Xarkovda kütləvi hücumlar - Video

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Əməkdar artist Cəlilabadda məscid tikdirib - Video

Elçin Əmirbəyov: "Papa Fransisk Həzrətlərinin Bakı və İrəvanın sülhün əldə edilməsinə göstərdiyi diqqəti yüksək qiymətləndiririk"

Ən çox oxunanalar