Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya səfiri Finlandiyanı hədələyib: NATO strukturları bu ölkədə olsa, adekvat cavab olacaq...

Rusiyanın NATO komandanlıq strukturlarının qonşu Finlandiya ərazisində mümkün yerləşdirilməsinə reaksiyası mütləq simmetrik olmayacaq...

Poliqon xəbər verir ki, bu barədə Rusiyanın Finlandiyadakı səfiri Pavel Kuznetsov TASS Agentliyinə müsahibəsində bildirib.

Finlandiya rəsmiləri hələlik Alyansın yalnız bəzi komanda strukturlarını ölkədə yerləşdirmək niyyətində olduqlarını bildiriblər. Kuznetsovun fikrincə, rəsmi Helsinkinin bu cür bəyanatlarının gələcəkdə reallığa nə dərəcədə uyğun olacağını hələ də müşahidə etmək lazımdır.

Səfir vurğulayıb ki, Rusiya NATO-nun öz sərhədləri yaxınlığında hərbi potensialının artırılmasına cavab verəcək, reaksiya adekvat olacaq, lakin bu, ölkənin milli təhlükəsizliyinin maraqlarına əsaslanaraq, simmetrik olmayacaq.

Pavel Kuznetsov bildirib ki, Finlandiya gələcəkdə öz qoşunlarını Ukraynaya göndərə bilər. Onun sözlərinə görə, rəsmi Helsinkinin bəyanatları bundan xəbər verir, lakin hazırda Ukrayna ərazisinə hərbçilərin göndərilməsindən söhbət getmir.

Səfir hesab edir ki, əgər xarici işlər naziri Elina Valtonenin bu mövzunu "ayaqda saxlamaq" lazım olduğu və gələcəkdə hər şeyin mümkün olması ilə bağlı açıqlamalarına baxsaq, Finlandiyanın mövqeyi tez dəyişə bilər. Kuznetsov bildirib ki, bu məsələdə Helsinki əsas diqqəti Avropa ölkələrinə deyil, Vaşinqtona yönəldəcək.

Rusiya səfiri bildirib ki, Helsinki və Moskva əvvəlki əməkdaşlıq formatına qayıtmayacaq: "Gec və ya tez ölkələr arasında əlaqələr bərpa olunmağa başlayacaq. Lakin bu, istədiyimiz kimi baş verməyəcək".

Səfir əlavə edib ki, Helsinki artıq müstəqilliyinin xeyli hissəsini itirib. Kuznetsov əmindir ki, Finlandiya NATO-ya üzv olduqdan sonra ölkələr arasında əvvəlki əməkdaşlıq formatına qayıtmaq olmayacaq. O, ikitərəfli münasibətlərin pozulmasının Finlandiya hakimiyyətinin birtərəfli fəaliyyətinin nəticəsi olduğunu vurğulayıb. Səfir həmçinin bildirib ki, Finlandiya hakimiyyəti NATO-ya daxil olduqdan sonra Rusiyaya qarşı qondarma "müharibə partiyasına" qoşulmaq qərarına gəlib.

Kuznetsov bildirib ki, Rusiya Federasiyası ilə sərhəddəki keçid məntəqələrini bağlamaq qərarına gələn Helsinki finlərlə ruslar arasında fiziki əlaqəni məhdudlaşdırmaq istəyir. Diplomatın sözlərinə görə, Rusiya ilə sərhəddə keçid məntəqələrinin bağlanması Helsinkinin son zamanlar ən nəzərə çarpan qarşıdurma addımlarından birinə çevrilib. O əmindir ki, bu səbəbdən sərhədin hər iki tərəfində yaşayan minlərlə insan ailəsi və dostları ilə əlaqəsi kəsilib.

"Biznes yeni maneələrlə üzləşdi. Ölkələrimizin sakinləri arasında Finlandiya rəhbərliyinin son iki ildə qəsdən azaltmağa çalışdığı təmaslar indi hətta fiziki cəhətdən də məhdudlaşdırılıb", deyə səfir bildirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Ukraynada vəziyyət gərginləşib: Odessa və Xarkovda kütləvi hücumlar - Video

May ayında gözlənilən maqnit qasırğaları: Ən təhlükəlisi nə vaxt olacaq?

Ən çox oxunanalar