Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrail 28 ölkədə diplomatik missiyalarının fəaliyyətini dayandırıb

İsrail 28 ölkədə səfirliklərinin fəaliyyətini müvəqqəti dayandırıb...

Bu barədə İsrail mətbuatı ölkənin Xarici İşlər Nazirliyində olan mənbəyə istinadən xəbər yayıb.

Bildirilir ki, İsrailin bu addımları İranın Dəməşqdəki konsulluğuna endirilən zərbələrdən sonra Tehranın qisasla bağlı Təl-Əvivi təhdid etməsi ilə əlaqədardır.

Həmçinin, qeyd olunur ki, səfirliklərin bağlanması barədə qərar İsrail Xarici İşlər Nazirliyinin Təhlükəsizlik Xidməti tərəfindən verilib və bu qərar ölkənin ümumi Təhlükəsizlik Xidməti ilə razılaşdırılıb.

Diplomatik missiyanın işçilərinə hələlik işə getməmək, ayıq-sayıq olmaq, İsraillə əlaqəli ola biləcək yerləri ziyarət etməkdən müvəqqəti çəkinmək tövsiyə edilib.

Xatırladaq ki, aprelin 1-i Suriya Müdafiə Nazirliyi İsrail Hərbi Hava Qüvvələrinin İranın paytaxt Dəməşqdə yerləşən baş konsulluğuna zərbə endirməsi barədə məlumat yayıb. Raket hücumu nəticəsində bina tamamilə dağılıb. İran İslam İnqilabı Keşikçiləri Korpusu insident zamanı yeddi iranlı hərbçinin öldüyünü açıqlayıb.(oxu.az)

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

66 konqresmen Azərbaycana qarşı sanksiyalar tətbiq etmək təklifi ilə çıxış edib...

Rusiya 15 ukraynalı əsir hərbiçini edam edib - Human Rights Watch bu cinayətləri təsdiqləyib...

Dini liderlər Füzuli şəhərində olublar - Yenilənib

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb - Yenilənib  

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Mövlam Şixəliyev maddi ziyanla bağlı məhkəməyə müraciət etdi

Qırğızıstanda faciə: Yük maşını 30-a yaxın uşağın üstündən keçib

Ən çox oxunanalar