Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Koreyada müharibə başlasa, Kim ailəsinin 80 illik hakimiyyərinə son qoyulacaq

Koreya yarımadasında münaqişənin eskalasiyasının başlaması Kim Çen In üçün ümidsizlik və intihar aktı olacaq...

Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyi yazıb. Agentlik qeyd edir ki, belə bir addım qaçılmaz olaraq Cənubi Koreya və ABŞ-ın qisas alması ilə nəticələnəcək. Əlavə olaraq, belə bir inkişaf Şimali Koreyada Kim ailəsinin hakimiyyətinin sonunu gətirəcək.

"Kim Çen In əksər müharibə ssenarilərində məhv edilmə ilə üz-üzədir... Əksər analitiklər iddia edirlər ki, hər hansı genişmiqyaslı hücum çarəsizlik və ya intihar aktı olacaq, bu, Cənubi Koreya və ABŞ-dan Kim ailəsinin təxminən 80 illik hakimiyyətinə son qoyacaq reaksiyaya səbəb olacaq", deyə üeyd edilir.

Agentliyin fikrincə, Şimali Koreya liderinin iddia edilən təxribatları tezliklə nəzarətdən çıxa bilər.

Qeyd edək ki, aprelin 3-də Şimali Koreya yeni orta mənzilli hipersəs ballistik raketinin uğurla sınaqdan keçirildiyini elan edib. Şimali Koreyanın bütün raketləri hazırda bərk yanacaq mühərrikləri ilə təchiz edilib və nüvə başlıqları daşımaq qabiliyyətinə malikdir.

Aprelin 2-də Şimali Koreya hipersəs sürüşən döyüş başlığına malik yeni orta və uzun mənzilli “Hwasongpo-16B” raketini uğurla sınaqdan keçirib. Buraxılışa Şimali Koreya lideri Kim Çen In rəhbərlik edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Rusiya 15 ukraynalı əsir hərbiçini edam edib - Human Rights Watch bu cinayətləri təsdiqləyib...

66 konqresmen Azərbaycana qarşı sanksiyalar tətbiq etmək təklifi ilə çıxış edib...

Dini liderlər Füzuli şəhərində olublar - Yenilənib

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb - Yenilənib  

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

AAYDA: "Koroğlu" metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisinə başlanılır - Video

Mövlam Şixəliyev maddi ziyanla bağlı məhkəməyə müraciət etdi

Ən çox oxunanalar