Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukrayna pilotsuz qurğularının əsas hədəfi: Kerç körpüsü...

Rusiya neftayırma zavodlarına pilotsuz təyyarələrlə zərbələr endirən Ukrayna kəşfiyyatı diqqətini başqa bir hədəfə dikib: Kerç körpüsünə...

Poliqon xəbər verir ki. bu barədə The Guardian nəşrinin məqaləsində bildirilir.

Nəşr yazır ki, Ukrayna hərbi kəşfiyyatının yüksək rütbəli rəsmiləri körpünün dağıdılmasının “qaçılmaz olduğunu” bildirərək, körpünü partlatmaq üçün əvvəlki iki cəhddən sonra üçüncü hücum cəhdini planlaşdırdıqlarını deyirlər.

Məqalədə qeyd edilir ki, Ukrayna hücumunun necə inkişaf edəcəyi qeyri-müəyyəndir və QUR-un belə yaxşı müdafiə olunan aşkar hədəfə qarşı xüsusi əməliyyat keçirməyə qadir olmasına ciddi şübhələr var. Rusiya körpünü qorumaq üçün geniş tədbirlər görüb, hava hücumundan müdafiə sistemini gücləndirib və idarə olunan raketlər üçün hiylə kimi “hədəf barjası” yerləşdirib.

Lakin Baş Kəşfiyyat İdarəsi yaxın gələcəkdə körpünü sıradan çıxara biləcəklərinə inanır.

“Biz bunu 2024-cü ilin birinci yarısında edəcəyik” deyə bir məmur The Guardian-a bildirib və əlavə edib ki, kəşfiyyat direktoru Kirill Budanov artıq bu tapşırığı yerinə yetirmək üçün əksər vasitələrə malikdir.

Xatırladılır ki,son beş ay ərzində Ukrayna Rusiyanın Qara Dəniz Donanmasına məxsus yeddi desant gəmisini və iri gəmisini batırıb. Bunlardan sonuncusu olan “Sergey Kotov” bu ayın əvvəlində Kerç körpüsünün cənub hissəsində patrul xidməti həyata keçirərkən partlayıcılarla dolu Ukraynaya məxsus “Magura V5” amfibiya pilotsuz qayıqlarından istifadə edib. QUR nümayəndələri bunun körpüyə növbəti hücumdan əvvəl “hazırlıqəməliyyatı” olduğunu bildiriblər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

“Threads” sosial şəbəkəsi Türkiyədə bağlanıb

ABŞ-da atışma nəticəsində 3 polis əməkdaşı ölüb, 5-i yaralanıb

Bakıda I və II Şəhidlər xiyabanında tanınmadan dəfn edilən 13 nəfərin şəxsiyyəti müəyyənləşib - Siyahı    

Maskın sərvəti “Baidu” ilə əməkdaşlıq fonunda 37 milyard dollar artıb

ABŞ "Qiyamət təyyarəsi"ni göstərdi: İlk olaraq prezidenti xilas edəcək - Foto

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Ən çox oxunanalar