Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azad olunmuş ərazilərdəki yaylaqlara köçlə bağlı qeydiyyat başladı

Qoyunçuluq və arıçılıq təsərrüfatlarını Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki yaylaqlara aparmaq istəyən fermerlərin qeydiyyatına start verilib...

Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, qeydiyyat prosesi Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) alt modulu olan koc.eagro.az portalında həyata keçirilir.

Təsərrüfatlarını azad olunmuş ərazilərdəki yaylaqlara aparmaq istəyən, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarından, yaxud İmişli, Beyləqan, Ağdaş, Yevlax, Mingəçevir, Ucar, ZərdabSamux rayonlarından birində qeydiyyatda olan fermerlər koc.eagro.az portalına öz təsərrüfatları haqqında məlumatları daxil edərək aprelin 1-dən etibarən qeydiyyatdan keçə bilərlər.

Fermerlərə yaylaq sahəsi portal vasitəsilə seçdiyi ərazi üzrə ayrılacaq.

Fermerlər əlavə məlumat üçün Dövlət Aqrar İnkişaf Mərkəzlərinə müraciət edə bilərlər.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

ABŞ-da atışma nəticəsində 3 polis əməkdaşı ölüb, 5-i yaralanıb

Bakıda I və II Şəhidlər xiyabanında tanınmadan dəfn edilən 13 nəfərin şəxsiyyəti müəyyənləşib - Siyahı    

Maskın sərvəti “Baidu” ilə əməkdaşlıq fonunda 37 milyard dollar artıb

ABŞ "Qiyamət təyyarəsi"ni göstərdi: İlk olaraq prezidenti xilas edəcək - Foto

Əli Mirəliyev: “Kişi botoks etdirməz, saçına rəng qoymaz” - Video    

Ən çox oxunanalar