Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan Cənubi Qafqazda Avropanın iştirakını qanuniləşdirdi    

Ermənistan parlamenti Azərbaycanla şərti sərhəddə Avropa İttifaqının (Aİ) mülki müşahidə missiyasının statusu haqqında sazişi ratifikasiya edib...

Bununla bağlı parlamentin iclasını Ermənistan xəbər portalları yayımlayıb.

“57 deputat lehinə səs verdi, əleyhinə səs verən olmadı, 27 deputat bitərəf qaldı. Qərar qəbul edildi”, - deyə parlament spikerinin müavini Ruben Rubinyan bildirib.

Qərar sənədin ölkə prezidenti Vaaqn Xaçaturyan tərəfindən imzalanmasından sonra qüvvəyə minəcək.

Razılaşma Ermənistanın səlahiyyətli orqanlarına imkan verəcək ki, Aİ missiyasını, o cümlədən onun bölmələrini, qərargahını və heyətini gömrük və vergi məsələləri üzrə diplomatik statuslu nümayəndəlik kimi nəzərdən keçirsin.

Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın sözlərinə görə, Azərbaycanla şərti sərhəddə missiyanın fəaliyyəti ilk haldır ki, Aİ bir qurum kimi Ermənistanın təhlükəsizliyi ilə bağlı sahələrdə iştirak edir. O əmin edib ki, İrəvanın Qərb ölkələri, o cümlədən Avropa İttifaqının üzvləri arasında münasibətlərin dərinləşməsi Rusiyaya qarşı yönəlməyib.

Ermənistanın baş naziri Nikol Paşinyan isə Brüssellə missiyanın daha iki il uzadılmasını müzakirə etməyə hazır olduğunu açıqlayıb.

Poliqon.info

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN-in güllələnən sabiq əməkdaşı ilə bağlı yeni təfərrüat 

Politoloq: Ərdoğan öz yerinə layiqli namizədlər hazırlayıb...

Azərbaycanın məşhur şirkəti istehsalı və satışı dayandırdı

Ukrayna Kurskda möhkəmlənir, Rusiya Donetski ələ keçirir...

'Əkinçilik" Elmi Tədqiqat İnstitunun deputatlığa namizəd direktoru milyonluq villa tikdirir? - İddia

Sevda Sanaliyevanı təqib edən şəxs polisə çağırıldı

Elxan Şahinoğlu: Putin demək istədi ki, Kreml Cənubi Qafqazdakı maraqlarını arxa plana keçirməyəcək...

Azərbaycanda polis kapitanının ölümünün təfərrüatı məlum olub - Foto

Lukaşenko: Ermənilər bizdən başqa kimə lazımdır?

Rusiya bazarında satılan erməni konyaklarının 90 faizi təhlükəlidir

Ən çox oxunanalar