Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Erməni apostol kilsəsi virus yaymaqda davam edir...

“Erməni xəstəliyi”nin qaynağı, məkr yuvası Erməni Apostol kilsəsi yenə də aranı qızışdırmağa, ermənilərini tarixi viruslarına yoluxdurmağa davam edir...

“Həyat göstərir ki, “bir qarış da torpaq” yanaşması maksimalizm deyil, zərurət imiş, mən də bu prinsipə əməl edirəm”.

Poliqon xəbər verir ki, bu sözləri Erməni Apostol Kilsəsinin Şirak yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Ajapayan Ermənistan portalı News.am-ın müxbiri ilə söhbətində deyib.

“Türklər qərar verdikdə Ermənistan ərazilərinin təslim edilməsi mərhələsi dayanacaq. Amma türklər dayanmayacaq, çünki onlar ermənilərdən fərqli olaraq “bir qarış torpaq verilə bilməz” prinsipinə əməl edirlər.

İndiki hakimiyyət bir vaxtlar bu yanaşmaya riayət edən erməniləri məsxərəyə qoyub. Yaxşı olar ki, indi də “bir qarış torpaq da verilməməlidir” prinsipinə əməl edən azərbaycanlıları ələ salmağa çalışsınlar.

Ermənilər hələ də başa düşməyiblər ki, əgər qonşunuz bu yanaşmaya əməl edirsə, deməli, siz də buna əməl etməyə məcbursunuz.

Sizi məhv etmək istəyən qonşularla sülh mümkündürmü? Hakimiyyət buna inanırsa, qoy ərazi baxımından bizdən böyük olan bir ölkəni bu dörd kəndi verməyə çağırsınlar.

Sülh ancaq güclü olsan olar, əks halda sülh mümkün deyil”, deyə din xadimi qeyd edib.

Ajapayan əmindir ki, 2020-ci il müharibəsi zamanı “Azərbaycanın dişlərini sındırmaq imkanı olub ki, daha 30 il təcavüzü unutsun.

“Erməni xalqının belə imkanları var idi, lakin hakimiyyət hər şeydən əl çəkdi”, deyə Mikael Ajapayan fikrini yekunlaşdırıb.

Həmçinin erməni kilsə xadimi Paşinyan hakimiyyətinin silahlı yolla devrilməsi üçün bu ölkənin silahlı qüvvələrinə müraciət edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

May ayında gözlənilən maqnit qasırğaları: Ən təhlükəlisi nə vaxt olacaq?

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Elçin Əmirbəyov: "Papa Fransisk Həzrətlərinin Bakı və İrəvanın sülhün əldə edilməsinə göstərdiyi diqqəti yüksək qiymətləndiririk"

ABŞ və Britaniya Yəməndə husilərin hədəflərinə növbəti zərbə endirib

Dövlət Departamenti: Azərbaycanla Ermənistan arasında sülhün mümkün olduğuna inanırıq

Ən çox oxunanalar