Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Heç vaxt belə bir şey olmayıb: Afrikada bir gündə minlərlə isti rekordu qırılıb

Afrikada bir gündə minlərlə temperatur rekordu qırılıb. Bu, dünyada əvvəllər heç vaxt görülməyib...

Poliqon xəbər verir ki, bu barədə The Watchers nəşri yazıb.

Nəşrin məlumatına görə, fövqəladə isti hava dalğası martın 11-də Afrikada çoxsaylı temperatur rekordlarının qeydə alınması ilə nəticələnib. Kamerundan tutmuş Mavrikiyə qədər olan ölkələr mart ayında görünməmiş istilərlə üzləşib.

"Şimaldan cənuba və qərbdən şərqə demək olar ki, hər ölkədə rekordlar qırılıb. İqlim tarixində dünyanın heç bir yerində belə bir şey olmayıb", deyə klimatoloq və meteoroloji tarixçi Maksimiliano Herrera bildirib.

Onun sözlərinə görə, bu, iqlim tarixinin ən qeyri-adi hadisəsidir: "Bu gün baş verənlər nəsillərin yaddaşında qalacaq. Dünya iqlim tarixində heç bir hadisə belə buna yaxın deyil".

Kamerunda təəccüblü +45,5 °C temperatur qeydə alınıb - bu, mart ayının ən isti günü üçün yeni milli rekorddur. Qanada temperatur +43,8 °C-ə çatıb ki, bu da mart ayı üçün milli rekorda çevrilib.

Nigerdə ​​demək olar ki, bütün monitorinq stansiyalarında aylıq rekordlar qırılıb: temperatur +45 °C-ə yüksəlib. Burkina Fasoda da ölkə daxilində aylıq ən yüksək göstəriciləri qeyd edib.

Mali tarixində ən isti gününü qeyd eüdib, Bugunidə temperatur +44°C-ə çatıb. Komor adaları isə +36.1°C temperaturla rekord dərəcədə ən isti gününü qeyd edib.

Maksimiliano Herrera Cənubi Afrika, Namibiya və Botsvanada da yüzlərlə rekordun qırıldığını deyib.

Poliqon.info


Etiket: Afrika İsti Rekord


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Tbilisi meri: QHT-lər üçün ayrılan xarici pullar kəşfiyyat şəbəkələrinə xərclənir

Almaniya Ukraynaya daha 10 "Marder" PDM və "Leopard 2" tank mərmiləri verib

“Threads” sosial şəbəkəsi Türkiyədə bağlanıb

Ən çox oxunanalar