Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Airbus-un rəhbəri: Avropa Trampın prezidentliyi kimi mühüm sarsıntılara hazır deyil

Avropanın ən böyük aerokosmik və müdafiə şirkəti "Airbus"un icraçı direktoru Guillaume Fauri bildirib ki, Avropa Rusiya Federasiyası ilə hərbi münaqişə və ya ABŞ-ın keçmiş lideri Donald Trampın prezidentliyi kimi mühüm sarsıntılara hazır deyil...

Poliqon xəbər verir ki, "Airbus"un rəhbəri bu barədə Guardian qəzetinə danışıb.

"Mən düşünmürəm ki, Avropa hələ Rusiya ilə münaqişəyə lazım olan səviyyədə hazırlığa malikdir. Belə görünür ki, Rusiya müdafiə qabiliyyətini artırır və bu, problemdir", deyə Guillaume Fauri bildirib.

Onun sözlərinə görə, Avropa ABŞ-ın keçmiş prezidenti Donadl Trampın niyyətlərini ciddi qəbul etməlidir və buna hazırlaşmalıdır.

Onun sözlərinə görə, Avropa dövlətləri öz təhlükəsizlikləri və hərbi avadanlıqları üçün ABŞ-a həddən artıq güvənib, müdafiənin əsas sahələrində "subkritik" olub. O, Avropa və Böyük Britaniyanı səyləri və döyüş təyyarələri proqramlarını birləşdirməyə çağırıb.

Şirkəti "Eurofighter Typhoons"dan tutmuş helikopterlərə qədər hərbi texnika istehsal edən və dünyadakı kommersiya təyyarələrinin yarısını hazırlayan Faurinin bu açıqlaması Vladimir Putinin artan təhdidləri fonunda baş verir. Rusiya prezidenti bu yaxınlarda NATO ölkələrinə deyib ki, onlar Ukraynada döyüşmək üçün qoşun göndərsələr, nüvə müharibəsi riski ilə üzləşəcəklər.

2019-cu ildə "Airbus"un baş icraçı direktoru olan keçmiş hərbi vertolyot sınaq pilotu Fauri deyib ki, Trampın NATO-dan çıxmaqla bağlı xəbərdarlıqları həm təhlükəsizlik, həm də avadanlıqların mövcudluğu ilə bağlı Avropaya xəbərdarlıq olmalıdır. ABŞ-ın keçmiş prezidenti, hazırda Respublikaçılar Partiyasından prezidentliyə namizəd dəfələrlə Avropanı müdafiəyə daha çox xərcləməyə çağırıb və bu yaxınlarda RusiyaNATO üzvlərinə hücum etməyə təşviq edəcəyini bildirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Birnəfərlik elektrik təyyarələrinin satışına başlanıldı

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

Şuşaya yeni həyat verilir: İlk köçün həyəcanı yaşanır - Video

Bir qrup incəsənət xadiminə Prezident mükafatları veriləcək - Sərəncam

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar - Video

İlham Əliyev bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin təqaüdünün verilməsi barədə sərəncam imzalayıb

Ən çox oxunanalar