Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Toxumluq kartofu qırmızı rəngə boyayan fermer: “Dərmanın effektini görmürük” - Video

Azərbaycanda toxumluq kartofu dərmanlayan şəxs effektini görmədiyini bildirib...

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Sabir adlı fermer kartofa qurd əleyhinə dərman vursa da, nəticəsinin olmadığın deyib.

Onun kartofa vurduğu dərmanın rəngi, həm də nəticəsinin olmaması müzakirələrə səbəb olub. Məsələ barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə əlaqə saxladıq. Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yayılan videogörüntülər agentliyin mütəxəssisləri tərəfindən araşdırılıb:

“Bununla əlaqədar bildiririk ki, bir çox kənd təsərrüfatı bitkiləri kimi, kartof üçün də əkinqabağı müvafiq qaydada profilaktik tədbirlər həyata keçirilir. Əkindən qabaq toxumluq kartof yumruları zəif manqan-sulfat (0,15%-li), bor turşusu, sink-sulfat (0,05%), ammonium-molibdenat (0,05%), kobalt-sulfat (0,01%-li), kalium-yod (0,01%-li) məhlulları ilə işlənir. Dərmanlama, əsasən, kartof yumrularını bir sıra xəstəliklərdən (xüsusən, göbələk mənşəli) və zərərvericilərdən qorumaq üçün aparılır.

Dərmanlama məqsədilə yalnız dövlət qeydiyyatına alınmış və istifadə təyinatı uyğun olan bitki mühafizə vasitələrindən, eyni zamanda, dərmanlama işləri həyata keçirilərkən qanunvericiliyin tələblərinə uyğun qoruyucu geyim və fərdi mühafizə vasitələrindən istifadə olunması vacibdir.

Əlavə suallar yaranarsa, bununla bağlı aidiyyəti qurumlarla, eyni zamanda, agentliyin “1003 - Çağrı Mərkəzi” ilə əlaqə saxlanıla bilər”.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN-in güllələnən sabiq əməkdaşı ilə bağlı yeni təfərrüat 

Politoloq: Ərdoğan öz yerinə layiqli namizədlər hazırlayıb...

Azərbaycanın məşhur şirkəti istehsalı və satışı dayandırdı

Ukrayna Kurskda möhkəmlənir, Rusiya Donetski ələ keçirir...

'Əkinçilik" Elmi Tədqiqat İnstitunun deputatlığa namizəd direktoru milyonluq villa tikdirir? - İddia

Azərbaycanda polis kapitanının ölümünün təfərrüatı məlum olub - Foto

Bədəl Bədəlov əsəbiləşdi: "Rövnəq Abdullayev mənə dəstək verib?"

Yaşar Ağazadə şantaj ittihamı ilə həbs olundu

Ən çox oxunanalar