Bazar, 26 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

HƏMAS girovları qaytarmasa, İsrail mart ayında Rəfahı alacaq

Martın ilk ongünlüyünün sonu və Ramazan ayının əvvəlində radikalların əlində olan girovlar azad olunmasa, İsrail Qəzza zolağında hərbi əməliyyatını ölkənin cənubundakı Rəfah şəhərinə qədər genişləndirəcək...

Poliqon xəbər verir ki, bu xəbərdarlığı İsrailin müdafiə naziri Benni Qants bazar günü ABŞ yəhudi təşkilatlarının rəhbərliyinin Qüdsdə keçirilən konfransında çıxışı zamanı edib.

“Dünya və HƏMAS liderləri bilməlidir ki, Ramazana qədər girovlarımız evdə olmasalar, Rəfah bölgəsi də daxil olmaqla hər yerdə döyüşlər davam edəcək. Biz bunu koordinasiyalı şəkildə edəcəyik, mülki əhalinin tələfatını minimuma endirmək üçün amerikalı və misirli partnyorlarımızla dialoq əsasında mülki şəxslərin təxliyyəsini asanlaşdıracağıq”, deyə Qants bildirib.

İsrailin hərbi kabinetinin nümayəndəsi bildirib ki, Rəfaha hücum ancaq bir şərtlə təxirə salına bilər:

“Rəfah hücumunun baha başa gəldiyini söyləyənlərə açıq şəkildə deyirəm ki, HƏMAS-ın seçimi var: onlar təslim olub girovları azad edə, sonra Qəzzalılar müqəddəs Ramazan bayramını qeyd edə bilərlər”, deyə Gantz qeyd edib.

Qeyd edək ki. bu il Ramazan ayı 2024-cü ildə martın 11-dən aprelin 9-na təsadüf edir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda ilk dəfə bəzi avtomobillər ucuzlaşıb

Əli Mirəliyev: "Bilmirəm adamlara nə cavab verim"

Paşinyanın helikopteri Böyük Qarakilsədə məcburi eniş etdi

"Eurolux"un rəhbəri və qardaşı oğlu niyə bıçaqlanıb?

Şuşa şəhərinə yeni köçürülən 32 ailəyə mənzillərin açarları təqdim edilib - Yenilənib

Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - Yenilənib

Azad olunan ərazilərdə yeni sərhəd zastavası xidməti istifadəyə verilib

30 yaşlı kişiyə ərə veriləcəyi deyilən doqquzuncu sinif şagirdi ilə bağlı rəsmi açıqlama

İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir - Yenilənir    

Zelenski Rusiya ilə atəşkəsə dair danışıqlardan imtina edib

Ən çox oxunanalar