Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycandakı prezident seçkiləri Kuba mətbuatının diqqət mərkəzindədir

Kubanın aparıcı mətbu orqanları “Prensa Latina”, “Granma”, “Trabajadores” qəzetlərində, eləcə də “Cubavision Internacional” və “Canal Caribe” televiziya kanallarında 7 fevral tarixində Azərbaycanda keçirilmiş növbədənkənar prezidenti seçkiləri geniş işıqlandırılıb...

Bu barədə Azərbaycan Respublikasının Kubadakı Səfirliyindən bildirilib.

Məlumatlarda İlham Əliyevin Yeni Azərbaycan Partiyasının namizədi kimi prezident seçkilərində iştirak etdiyi və Azərbaycan xalqının 92 %-dən çox səsini əldə edərək inamlı qələbə qazandığı qeyd edilib. Kuba Respublikasının Prezidenti Miqel-Dias Kanel Bermudes tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə seçkilərdə qələbəsi münasibəti ilə ünvanladığı təbrik məktubundan bəhs olunub.

Məqalələrdə Azərbaycan tarixində ilk dəfə seçkilərin ölkənin bütün ərazisində keçirildiyi, Azərbaycan mədəniyyətinin beşiyi, Şuşa şəhərinin seçki günü tarixi anlar yaşadığı, şəhər sakinlərinin uzun müddətdən sonra ilk dəfə olaraq öz şəhərlərində səs verdiyi bildirilib. Həmçinin, yazılarda müharibə yaralarının sağalması və dağıntıların bərpasının müəyyən vaxt almasına baxmayaraq, Şuşa, Füzuli, Xankəndi, Laçın və Qarabağın digər şəhərlərinin sakinləri seçkilərdə fəal iştirakları ilə dünyaya demokratiya nümunəsi nümayiş etdirdiyi vurğulanıb.

Materiallarda habelə, seçkiləri işıqlandırmaq məqsədilə Latın Amerikası regionundan Argentina, Braziliya, Çili, Kolumbiya, Kuba, Meksika və Uruqvaydan olan jurnalistlərlə yanaşı, ümumilikdə 120 xarici media mənsubunun akkreditasiya olunduğu bildirilib.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - Foto

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

İstanbulda qol dueli: “Beşiktaş” son saniyələrdə sevindi - Video

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Ən çox oxunanalar