Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Britaniya Ukraynanı NATO-ya üzvlük məsələsində sürətli irəliləyiş gözləməməyə çağırıb

Britaniya Ukraynanı NATO-ya üzvlük məsələsində sürətli irəliləyiş gözləməməyə çağırıb...

Ukrayna hələlik NATO-ya üzvlüklə bağlı böyük irəliləyiş gözləməməlidir.

Poliqon xəbər verir ki, bunu Böyük Britaniyanın NATO-dakı səfiri Devid Quarri deyib. Diplomat bu barədə "Politico"ya danışıb.

Onun sözlərinə görə, hərbi Alyansın üzvləri iyulun 9-dan 11-dək ABŞ-ın paytaxtı Vaşinqtonda keçiriləcək sammitdə bir araya gələcəklər. Səfir qeyd edib ki, Ukraynanın NATO-ya üzvlüyü məsələsi böyük ehtimalla müzakirə olunacaq, lakin Kiyev gözləntilərini yumşaltmalıdır.

Eyni zamanda, Devid Quarri bildirib ki, Böyük Britaniya Ukraynanın layiqli yerinin NATO-da olduğuna tam əmindir.

"Bizim işimiz Ukrayna ittifaqa yaxınlaşdığı üçün onu dəstəkləməyə davam etməkdir. Lakin sürətli irəliləyiş gözləmək olmaz. Hər şeyin zamanı var", deyə Devid Quarri bildirib.

"Politico" qeyd edib ki, NATO müttəfiqləri uzun müddətdir Ukraynanın üzvlük iddiasını dəstəklədiklərini ifadə ediblər, lakin indiyədək Alyansa qoşulmaq üçün dəqiq vaxt cədvəli təklif edə bilməyiblər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Azərbaycan Bolqarıstana əlavə həcmdə enerji resursları tədarük edə bilər

Tbilisi meri: QHT-lər üçün ayrılan xarici pullar kəşfiyyat şəbəkələrinə xərclənir

Almaniya Ukraynaya daha 10 "Marder" PDM və "Leopard 2" tank mərmiləri verib

Ən çox oxunanalar