Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vaso Kapanadze: “Kifayət qədər beynəlxalq müşahidəçi var idi”

Fevralın 7-də Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisini 800-ə yaxın beynəlxalq müşahidəçi izləyib və onlar seçici fəallığının çox yüksək olduğunu qeyd ediblər...

Gürcüstandan olan beynəlxalq müşahidəçi, “Ekspert+” analitik assosiasiyasının nümayəndəsi Vaso Kapanadze Oxu.Az-a bildirib ki, hətta bir çox seçki məntəqəsində səs vermək istəyənlərin növbələri qeydə alınıb:

- Bütün müşahidəçilərin özlərinə ayrılmış əraziləri var idi. Məsələn, biz Bakıda işləyirdik. Tamamilə sakit, açıq, mehriban və demokratik şəraitdə keçən seçkilərdə çox yüksək fəallığı qeyd edə bilərəm. Heç bir qayda pozuntusuna, təxribata yol verilməyib. Bütün ərazilərdə müşahidə kameraları quraşdırılıb. Səsvermə Azərbaycan Respublikasının seçki qanunvericiliyinə tam uyğun keçib.

Maraqlı bir epizod olub ki, seçici qızı ilə gəlib, lakin şəxsiyyət vəsiqəsini özü ilə gətirməyib. Bunun əvəzinə o, telefonunda sənədin şəklini göstərib. Təbii ki, ona haqlı olaraq dedilər ki, o, yalnız şəxsiyyət vəsiqəsinin əslini təqdim etdikdən sonra səs verə bilər.

Ümumiyyətlə, insanların çox nikbin olduğunu müşahidə etdim. Və təbii ki, hiss olunurdu ki, seçicilər Azərbaycan Prezidenti İlham Əliyevin namizədliyini dəstəkləyiblər.

- Bəzi Qərb strukturları, məsələn, Avropa Şurası Parlament Assambleyası öz müşahidəçilərinin seçkilərə dəvət edilməməsindən narazı idi. Hərçənd, ATƏT-in nümayəndə heyəti də burada idi...

- Dərhal qeyd etmək istərdim ki, AŞPA Azərbaycana qarşı vicdansız və ədalətsiz hərəkət etdi. Bakının seçkiləri müşahidə etmək üçün bəzi təşkilatların nümayəndələrini dəvət etmək və ya dəvət etməmək hüququ var. Bundan əlavə, bu “müşahidəçilərin” çoxu (dırnaqlar bizimdir - red.) həmişə qaranlıq otaqda qara pişik axtarır, baxmayaraq ki, bu pişik sadəcə orada yoxdur.

Üstəlik, kifayət qədər beynəlxalq müşahidəçi var idi. Seçki məntəqələrində yalnız bizim qrup Türkiyə, Rusiya, Ukrayna və Moldova nümayəndələri ilə görüşüb.

Poliqon.info


Etiket: Vaso Kapanadze


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

ABŞ-da atışma nəticəsində 3 polis əməkdaşı ölüb, 5-i yaralanıb

Bakıda I və II Şəhidlər xiyabanında tanınmadan dəfn edilən 13 nəfərin şəxsiyyəti müəyyənləşib - Siyahı    

Maskın sərvəti “Baidu” ilə əməkdaşlıq fonunda 37 milyard dollar artıb

ABŞ "Qiyamət təyyarəsi"ni göstərdi: İlk olaraq prezidenti xilas edəcək - Foto

Əli Mirəliyev: “Kişi botoks etdirməz, saçına rəng qoymaz” - Video    

Ən çox oxunanalar