Şənbə, 12 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aİ fevralın 24-dək 200 şəxs və şirkətə qarşı sanksiya tətbiq edəcək...

Avropa İttifaqı Ukraynada hərbi əməliyyatların başlamasının ikinci ildönümündə Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayır...

Poliqon Almaniyanın DPA agentliyinə istinadən xəbər verir ki, 200-dən çox insan və şirkət məhdudiyyətlərə məruz qalacaq.

DPA-nın məlumatına görə, sanksiyalar siyahısına Avropa İttifaqında aktivləri dondurulmalı olan şəxslər və qurumlar daxil olacaq. Bundan əlavə, Rusiyanın hərbi və texnoloji cəhətdən güclənməsinə və ya ölkənin müdafiə və təhlükəsizlik sektorunun inkişafına töhfə verən şirkətlər də məhdudiyyətlərə məruz qalacaq.

Nəşq qeyd edir ki, fevralın 24-dək Avropa İttifaqı Rusiya Bankının dondurulmuş aktivlərinin geri çəkilməsi məsələsini də həll etmək niyyətindədir, onun həcmi təxminən 300 milyard dollardır. Gələcəkdə onları Ukraynaya köçürməyi planlaşdırır.

"Bloomberg" yanvarın 19-da Aİ-nin Rusiyaya qarşı 13-cü sanksiyalar paketinin hazırlanması barədə yazıb. Mənbələrin məlumatına görə, Rusiyaya qarşı yeni sanksiyalar ticarət məhdudiyyətlərinin gücləndirilməsi, qara siyahıların genişləndirilməsi və Rusiyanın Aİ daxilində üçüncü ölkələr və şirkətlər vasitəsilə sanksiyalardan yayınmasına nəzarətin gücləndirilməsindən ibarət olacaq. "Reuters"in məlumatına görə, AK mübahisəli sanksiyaları fevralın 24-dək qəbul etmək üçün 13-cü paketə daxil etməyəcək.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Millətlər Liqası: Azərbaycan Estoniya millisinə məğlub olub - Yenilənib

Tramp İrandan gələn təhlükəyə görə hərbi təyyarə tələb edir

Azərbaycanda çörəyin içinə iynə ilə elə şeylər yerdilir ki,... - Sədrdən şok açıqlama

Zelenski Almaniyanın Prezidenti ilə Ukraynanın ehtiyaclarını müzakirə edib

Azərbaycan Ordusunun raket və artilleriya bölmələrində atəş tapşırıqları icra olunub - Video

Bayden İsraildən Livandakı BMT sülhməramlılarının təhlükəsizliyini təmin etməyi xahiş edib

Finlandiya MN Ukraynaya əlavə 277 milyon avro ayırmağı nəzərdən keçirir

Avrokomissar: Azərbaycan COP29-a uğurlu sədrlik etməklə iqlim dəyişikliyi ilə mübarizədə vacib rol oynayacaq

Ər arvadının boşanmasının qarşısını almaq üçün maraqlı üsul tapdı - Foto

Ən çox oxunanalar