Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həmas fələstinlilərin İsrail həbsxanasından tədricən azad edilməsinə razılaşıb

Fələstinin HƏMAS hərəkatının yaraqlıları İsrail həbsxanalarında məhbus olan fələstinlilərin mərhələli şəkildə azad edilməsinə razılaşıblar...

Poliqon xəbər verir ki, bu barədə Al Hadath telekanalı məlumat yayıb. Qeyd edək ki, yaraqlılar Qəzza zolağından girovların azad edilməsinə dair razılaşmaya yalnız bütün fələstinlilərin eyni vaxtda İsrail həbsxanalarından azad ediləcəyi təqdirdə razılaşacaqlarını bildirmişdilər.

Al Hadath telekanalının məlumatında qeyd olunur ki, Parisdə bu yaxınlarda keçirilən görüşdə girovların mübadiləsi üçün yeni şərtlər işlənib. HƏMAS yaraqlıları bəyan ediblər ki, onlar uzun müddətə azadlıqdan məhrum edilmiş şəxslərin azadlığa buraxılmasını tələb etməyəcəklər.

Al Hadath qeyd edir ki, yaraqlılar Parisdə hazırlanmış təkliflərə hələ tam razılıqla cavab verməyiblər.

Yanvarın ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börns Parisdə Misir, İsrail və Qətər nümayəndələri ilə görüşüb. NBC televiziyasının məlumatına görə, görüş iştirakçıları İsrail və HƏMAS arasında girovların mərhələli şəkildə mübadiləsini nəzərdə tutan yeni sazişlə bağlı razılığa gəliblər.

Yanvarın 23-də Axios mənbələrə istinadən yazıb ki, İsrail HƏMAS-a aşağıdakı sxemi təklif edib: yaraqlılar Qəzzada saxlanılan bütün israilli girovları qaytarır (130 nəfər) və buna cavab olaraq israillilər fələstinliləri həbsxanalardan azad edir. Nəşrin yazdığına görə, İsrail “qeyri-müəyyən sayda” fələstinlini həbsxanalarından azad etməyə hazırdır, lakin eyni zamanda 6 min fələstinli məhbusun hamısının azadlığa buraxılmasına razı olmayacağını açıqlayıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Gürcüstanda polis etirazçılara rezin güllədən istifadə edib, yaralananlar var - Yenilənib

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək

66 konqresmen Azərbaycana qarşı sanksiyalar tətbiq etmək təklifi ilə çıxış edib...

Rusiya 15 ukraynalı əsir hərbiçini edam edib - Human Rights Watch bu cinayətləri təsdiqləyib...

Ən çox oxunanalar