Şənbə, 25 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Britaniyanı Silahlı Qüvvələrin sayını artırmağa çağırıb

Böyük Britaniya Silahlı Qüvvələrinin sayı hazırda qeyri-kafidir və yenidən nəzərdən keçirilməlidir...

Poliqon The Times nəşrinə istinadən xəbər verir ki, bu fikri ABŞ Hərbi Dəniz Qüvvələrinin katibi Karlos del Toro bildirib.

Del Toro deyib ki, Böyük Britaniya bu gün mövcud olan təhdidləri nəzərə alaraq, öz qoşun səviyyələrinə yenidən baxmalıdır.

Hətbçi xatırladıb ki, Britaniya son illərdə ordusunu ixtisar etmək öhdəliyi götürüb, lakin indi ölkə özünə qlobal gərginliyin artması səbəbindən kral silahlı qüvvələrinin gücləndirilməsinin zəruri olub-olmadığı sualını verməlidir. Bununla bağlı del Toro Britaniya hakimiyyətini silahlı qüvvələrə daha çox pul yatırmağa çağırıb.

Onun sözlərini şərh edən "The Times" təklifi qeyri-adi adlandıraraq, ABŞ-ın yüksək rütbəli məmurlarının ən yaxın müttəfiqləri ilə bağlı belə şərhlər verməyə nadir hallarda icazə verdiklərinə diqqət çəkib.

Bu arada, Britaniyanın istefada olan generalı və NATO-nun Avropadakı qüvvələrinin keçmiş baş komandanının müavini Riçard Şerif Ukraynadakı münaqişə və Britaniya ordusunun aşağı gücü fonunda "ağılasığmaz şeylər haqqında düşünməyə" və hərbu xidmətə çağırışın tətbiqi variantını nəzərdən keçirməyə çağırıb.

O, Böyük Britaniya Silahlı Qüvvələrinin uzun müddət könüllü xidmət edən yüksək təcrübəli əsgərlərin peşəkarlığına arxalandığını vurğulayıb. Onun sözlərinə görə, bunun davam etməsini istəyərdi, lakin indiki vəziyyətə və kontekstə baxmaq lazımdır.

"Hesab edirəm ki, indi bütün ehtimallara baxmayaraq, ağlasığmaz şeylər haqqında düşünmək və əslində hərbi xidmətə çağırış haqqında kifayət qədər ciddi düşünmək vaxtıdır", deyə general bildirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Üzrü qəbahətindən böyük icra hakimiyyəti: Başçının tökdüyünü şöbə müdiri toplaya bilmədi

Doqquzuncu sinif şagirdi 30 yaşlı kişiyə ərə verilir - Rəsmi açıqlama

Azərbaycanın vergi-gömrük orqanlarının büdcə öhdəliyi artırılır

Türkiyə millisinin AVRO-2024 üçün heyəti açıqlandı

Azərbaycanda iqtisadi fəaliyyət xərcləri 2 milyard manatdan çox artırılır

ABŞ Ukraynaya yeni hərbi yardım paketini elan edib

Azərbaycanın icmal büdcəsinin gəlirləri üzrə proqnoz 12 %, xərcləri üzrə proqnoz isə 8 % artırılır

İlhamə Quliyevanın övladlığa götürdüyü oğlu itkin düşdü

Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 11 % artırılır

Paşinyanın helikopteri Böyük Qarakilsədə məcburi eniş etdi

Ən çox oxunanalar