Mask Texas qubernatorunun Bayden olmadan sərhədi qorumaq fikrini dəstəkləyib...
SpaceX və Tesla-nın baş direktoru İlon Mask ABŞ-ın Texas ştatının qubernatoru Qreq Ebbotun Amerikanın Meksika ilə sərhədini federal hökümətin köməyi olmadan belə müdafiə etməyə hazır olması ideyasını dəstəkləyib.
Poliqon xəbər verir ki. iş adamı bu barədə X sosial şəbəkəsindəki səhifəsində yazıb. Qeyd edək ki, dövlət sərhədlərinin qorunması prezident Co Baydenin rəhbərlik etdiyi federal hökümətin səlahiyyətinə aiddir.
Qeyd edək ki, bundan əvvəl Texas qubernatoru prezident Co Bayden olmasa belə, ABŞ-Meksika sərhədinin təhlükəsizliyini ştatın qüvvələri ilə qoruyacağını bildirib.
Mask qubarnator Ebbottun bu bəyanatını şərh edərək, altından “Bu gözəldir”, yazıb.
Xatırladaq ki, Texas ştatının hakimiyyəti sərhəd təhlükəsizliyi tədbirləri ilə bağlı federal hakimiyyət orqanları ilə toqquşur. Texas iddia edir ki, dövlət sərhədi lazımi qaydada qorunmur, bu problem Amerika ərazisinə rekord sayda qeyri-qanuni immiqrantların daxil olmasına səbəb olub.
Poliqon.info