Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Özbəkistanda çirkli havadan ölənlərin sayı artır...

Sürünən ölüm: Özbəkistanın paytaxtında havanın keyfiyyətinin həddən artıq pis olması sakinləri narahat edir...

Poliqon “Azadlıq Radiosu”unun Özbəkistan redaksiyasına istinadən xəbər verir ki, paytaxt Daşkəndin havası Yer kürəsinin ən çirkli havalarından biridir. Sakinlər və səlahiyyətlilər havanın keyfiyyətsiz olmasını kömürdən geniş istifadə, çoxlu sayda nəqliyyat vasitəsi və ağacların sayının azalması ilə əlaqələndirirlər.

Yanvarın 19-da axşam saatlarında Özbəkistanın paytaxtında hava hissəciklərinin çirklənmə səviyyəsi Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi hər kubmetr üçün 5 mikroqram olan təhlükəsiz hədddən 15,8 dəfə yüksək olub. Ağciyərlərə daxil olan bu kiçik hissəciklərin bir sıra ağciyər və ürək xəstəlikləri yaratdığı bildirilir.

Yanvarın 19-da Daşkənd havanın keyfiyyəti indeksinə görə 163 bal toplayıb və bu, bütün dünyada havanın keyfiyyətinə nəzarət edən İsveçrənin IQAir şirkətinə görə “qeyri-sağlam” hesab olunur.

Dünya Bankının ən son məlumatları göstərir ki, 2019-cu ildə Özbəkistanda hər 100 000 nəfərdən 89 nəfərin ölüm səbəbi çirkli havadır. Bu da Mərkəzi Asiyada ən yüksək göstəricidir. Müqayisə üçün qeyd edək ki, Dünya Bankının məlumatına görə, Qırğızıstanda ölənlərin sayı 61, Qazaxıstanda 63, Türkmənistanda 70, Tacikistanda 78 olub.

Özbəkistan kömürlə işləyən elektrik stansiyalarına üstünlük verməkdə davam edir, hətta qıt təbii qaz ehtiyatlarına qənaət etmək üçün keçən il kömürdən istifadəni artırıb. Keçən qışda hökumət qaza qənaət məqsədilə 2229 uşaq bağçasının, 2432 məktəb və digər təhsil müəssisəsinin, 746 səhiyyə ocağının qızdırılması üçün kömürdən istifadə etməyi planlaşdırdığını bildirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək

66 konqresmen Azərbaycana qarşı sanksiyalar tətbiq etmək təklifi ilə çıxış edib...

Rusiya 15 ukraynalı əsir hərbiçini edam edib - Human Rights Watch bu cinayətləri təsdiqləyib...

Dini liderlər Füzuli şəhərində olublar - Yenilənib

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb - Yenilənib  

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Ən çox oxunanalar