Şənbə, 14 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə: Qərb Ukraynada sülhə hazır deyil...

Türkiyə hələlik Qərbin Ukrayna müharibəsinə görə Rusiya ilə sülh danışıqlarına hazır olduğunu görmür və buna görə də hesab edir ki, çıxılmaz vəziyyət yarana bilər...

Poliqon xəbər verir ki, bu barədə "RİA Novosti" Agentliyi Türkiyədəki diplomatik mənbəyə istinadən məlumat yayıb.

"Təəssüf ki, biz hələ də Qərb tərəfdaşlarının nizamlanmaya hazır olduğunu görmürük. Mövcud vəziyyət dalana dirənmək riski daşıyır. Cənab prezident dəfələrlə bildirib ki, sülh prosesində uduzan olmayacaq. Biz münaqişənin həll olunacağı ümidi ilə vasitəçilik səylərimizi davam etdiririk", deyə mənbə bildirib.

Ankara hesab edir ki, İstanbul prosesi çərçivəsində danışıqların bərpası atəşin dayandırılmasına kömək etməlidir, lakin hazırda münaqişə tərəflərindən heç biri buna hazır deyil.

Bundan əvvəl "RİA Novosti"nin Moskvadakı diplomatik mənbəsi bildirmişdi ki, Ukraynadakı münaqişə ilə bağlı danışıqlar baş tutsa, Ukrayna lideri Volodimir Zelenskinin formulu əsasında deyil, Moskva ilə Kiyev arasındakı mövcud vəziyyətə əsaslanaraq aparılacaq.

Qeyd edək ki, bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən Rusiya və Ukraynaya vasitəçilik təklif edib, İstanbul prsesinin bərpa olunmasını və taxıl dəhlizinin açılmasını istəyib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Onların dairəsində 6 məntəqənin nəticələri ləğv edildi - Rəsmi

Politoloq: Rusiya bu durumda nüvə silahı işlətməkdən çəkinməyəcək...

İsmayıl Haniyənin ölümü İranın maraqlarına uyğun olub?

“Məni uzaqlaşdırmaq üçün səsvermə keçirirlər” - Ramiz Rövşənin oğlu

Tramp və Harrisin İsrail sevgisi... - Qəzzada baş verənlər fonunda bu utancverici deyilmi?

Bu məzarlıqda azərbaycanlı iş adamının 6 milyon dollarını və 6 kq qızılını axtarırlar

Azərbaycanlı aktrisaya aktyor əri maşın hədiyyə etdi - Video

“Murdar ətlər şadlıq evlərinə, uşaq bağçalarına, dönərxanalara...” - Şok açıqlama

Ən çox oxunanalar