Cümə axşamı, 09 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Metyu Brayza: "Sülh müqaviləsi əlçatan görünür və çox güman ki, tezliklə bağlanacaq"

ABŞ-nin Azərbaycandakı keçmiş səfiri, Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, beynəlxalq ekspert Metyu Brayza (Matthew Bryza) hesab edir ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi əlçatan görünür...

“Report”a açıqlamasında ekspert tezliklə sülh müqaviləsinin bağlanacağını güman etdiyini deyib.

Keçmiş səfir bununla belə sərhədlərin delimitasiyası ilə bağlı məsələlərin həlli üçün hələ xeyli danışıqlar aparılmasına ehtiyac olduğunu deyib.

“Sərhədlərin demarkasiyası ilə tarixin hansı nöqtəsində hansı xəritələrin və etnik əhalinin hansı məkanlarının olmasını həll edilməsi həmişə çox çətin məsələ olub. Görünən odur ki, sərhədlərin delimitasiyası ilə bağlı bu cür məsələlərin həlli üçün hələ çox danışıqlar aparılmalıdır. Ancaq yaxşı xəbər də var, sülh müqaviləsi əlçatan görünür və çox güman ki, tezliklə bağlanacaq”,- o qeyd edib.

Diplomat bu vəziyyətin çox vacib bir məqam olduğunu vurğulayıb:

“Çünki sülh müqaviləsi münaqişəni siyasi yolla həll edəcək və ya müharibəni siyasi yolla bitirəcək. Söhbət məhz siyasi həlldən gedir. Çünki bütün müharibələr hərbi mərhələdən sonra siyasi razılaşma ilə başa çatır. Hazırda gəldiyimiz nöqtə budur”.

M.Brayza Qarabağ münaqişəsi ilə məşğul olduğu dövrə də diqqət çəkib və bildirib ki, bütün o illər ərzində heç vaxt yaxın perspektivdə sülh müqaviləsinin real olduğunu görməyib:

“Sülh müqaviləsi həmişə çox uzaq görünürdü. Ona görə də Madrid prinsipləri və Minsk qrupunun bütün danışıqları daha təvazökar bir məqsəd üzərində cəmlənmişdi; bu, gələcək sülh müqaviləsinin əsas prinsiplərinin razılaşdırılması idi”.

“Ancaq indi biz sülh müqaviləsinin mümkün göründüyü bir nöqtədəyik. Sülh müqaviləsi qüvvədə olanda iki ölkə arasında beynəlxalq sərhədin müəyyənləşdirilməsi ilə həmişə əlaqəli olan texniki, tarixi və mədəni məsələlərin həllinin daha asan olacağını düşünürəm”, - deyə ekspert fikrini tamamlayıb.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan Qərbi Azərbaycan ideyasının ortadan qaldırdığını deyir...

Ərəstun Oruclu: Bu “qırmızı xətt” söhbəti artıq Rusiyada bir gülüş predmetinə çevrilib...

Ermənilər Nizaminin kəlləsini oğurlayıblar: Xalq artistinin iddiasına alimdən şok cavab

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Bakıda narkotik satanlara qarşı əməliyyat - Video

Birnəfərlik elektrik təyyarələrinin satışına başlanıldı

Bakıda talassemiyalı uşaqların valideynlərinə 1 milyon "atıb"lar - Məşhur həkimin adı cinayət dosyesində

Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - Yenilənib

UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib

Ən çox oxunanalar