Şənbə, 14 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ombudsman erməni əsirliyindən azad edilmiş hərbi qulluqçularla görüşüb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 2023-cü ilin aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində itkin düşməklə Ermənistan tərəfindən əsir götürülərək həbs edilmiş və bu yaxınlarda əsirlikdən azad edilmiş Azərbaycan Ordusunun əsgərləri Hüseyn Axundov və Aqşin Bəbirovla görüş keçirib...

Ombudsman Aparatından verilən xəbərə görə, görüş zamanı Ombudsman ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin davamlı səyləri və əzmkarlığı sayəsində Ermənistan əsirliyindən azad olunmaları münasibətilə H.Axundov və A.Bəbirovu təbrik edib.

Müvəkkil hərbi qulluqçularımızın səhhəti və indiki vəziyyətləri, habelə qayğıları ilə maraqlanıb. Onlar Ermənistanda saxlanıldıqları müddət ərzində məruz qaldıqları qeyri-insani rəftar halları barəsində məlumat veriblər.

Ombudsman öz növbəsində hərbi qulluqçularımızın qeyd etdikləri məsələlərin müvafiq beynəlxalq qurumlar qarşısında qaldırılacağını, hüquqlarının təmini istiqamətində lazımi addımların atılacağını bildirib.

Poliqon.info

 

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Onların dairəsində 6 məntəqənin nəticələri ləğv edildi - Rəsmi

Politoloq: Rusiya bu durumda nüvə silahı işlətməkdən çəkinməyəcək...

İsmayıl Haniyənin ölümü İranın maraqlarına uyğun olub?

“Məni uzaqlaşdırmaq üçün səsvermə keçirirlər” - Ramiz Rövşənin oğlu

Tramp və Harrisin İsrail sevgisi... - Qəzzada baş verənlər fonunda bu utancverici deyilmi?

Bu məzarlıqda azərbaycanlı iş adamının 6 milyon dollarını və 6 kq qızılını axtarırlar

Azərbaycanlı aktrisaya aktyor əri maşın hədiyyə etdi - Video

“Murdar ətlər şadlıq evlərinə, uşaq bağçalarına, dönərxanalara...” - Şok açıqlama

Ən çox oxunanalar