Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlyas Hüseynov: Əfqanıstanda Azərbaycanın səfirliyinin fəaliyyətə başlaması iqtisadi və siyasi motivlidir...

Azərbaycanın Əfqanıstanda səfirliyi yenidən fəaliyyətə başlayacaq...

Politoloq: “Azərbaycanın da Əfqanıstanda səfirliyin açılmasına dair verdiyi qərar düşünürəm ki, doğrudur”.

“Bu gün Əfqanıstanda yeni bir hakimiyyət qurulub və bu da yeni reallıqdır. Bu reallıqda artıq bütün dünya ölkələri tərəfindən qəbul edilir”.

Bu sözləri politoloq İlyas Hüseynov Azərbaycanın Əfqanıstanda səfirliyinin yenidən açılmasını Poliqon-a şərh edərkən qeyd edib.

Azərbaycanın Əfqanıstanda səfirliyi 2024-cü ildən yenidən fəaliyyətə başlayacaq. Bildiyimiz kimi Taliban paytaxt Kabili ələ keçirməmişdən əvvəl Azərbaycanın bu ölkədə səfirliyi fəaliyyət göstərirdi. Bəs, Talibanın Əfqanıstandakı sərt idarəetməsi fonunda Azərbaycanın bu qərarı doğrudurmu?

Azərbaycan və Əfqanıstan münasibətlərini Poliqon-un əməkdaşı Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq İlyas Hüseynov ilə müzakirə edib.

İlyas Hüseynov: “Əgər Azərbaycan da Şərqlə Qərb arasında iqtisadi, nəqliyyat əlaqələrində mühum bir paya sahib olmaq konsepsiyasını qurubsa, əlbəttə biz, öz milli maraqlarımızı Əfqanıstan da daxil olmaqla bu coğrafiyada, Mərkəzi Asiyada, Çindən Avropaya doğru gedən yollarda da, təmin etməliyik”.

Talibanın Əfqanıstanda hakimiyyəti ələ keçirəndən sonra bu idarəetməyə yanaşmanın çox spesifik olduğunu vurğulayan politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, vaxt keçdikcə, artıq dünya dövlətləri reallığı qəbul etməyə başladılar və əməkdaşlıq üçün imkanlar axtarırdılar:

Azərbaycan 2024-cü ildə daha üç ölkədə öz səfirliyini açacaq. İnanıram ki, bu diplomatik missiyalar xaricdə bizim milli maraqlarımızın təmin olunmasında əllərindən gələni edəcəklər. Hər bir ölkənin gücü-qüdrəti, iqtisadi potensialı onun dünyadakı maraqlarının geniş şəkildə təmin edilməsi ilə ölçülür. Bu baxımdan Azərbaycan əgər öz müstəqilliyini təmin edəndən sonra cəmi bir ölkədə səfilrik və konsulluq aça bilmişdisə, bu gün Azərbaycanın maraqlarının heç şübhəsiz bütün dünyada təmin olunması üçün bizim diplomatlarımız əllərindən gələni edirlər.

Digər tərəfdən, Əfqanıstanda bizim səfirliyimizin fəaliyyətə başlaması iqtisadi, siyasi motivlidir. Baxmayaraq ki, Taliban Əfqanıstanda hakimiyyəti ələ keçirəndən sonra bu idarəetməyə yanaşma çox spesifik idi. Amma vaxt keçdikcə, artıq dünya dövlətləri reallığı qəbul etməyə başladılar və əməkdaşlıq üçün imkanlar axtarırdılar.

İlyas Hüseynov: “Azərbaycan bununla göstərir ki, böyük bir iqtisadi, siyasi, geopolitik konsepsiyası mövcuddur”.

Azərbaycanın da Əfqanıstanda səfirliyin açılmasına dair verdiyi qərar düşünürəm ki, doğrudur. Çünki Əfqanıstanın özü əsrlər boyu maraq dairəsində olan bir ərazi olub və böyük ticarət yolları buradan keçir. Eyni zamanda, yaxın tariximizdə elə 20-ci əsrdə Sovet imperiyası Əfqanıstana daxil olub və demək olar heç nə qazanmadan oranı tərk edib. Əfqanıstan müharibəsi Sovetin dağılmasının bir səbəbləri kimi də qeyd olunur. Bir neçə il öncə Rusiyanın tanınmış sorğu mərkəzi olan “Levada”nın keçirdiyi sorğuya nəzər salanda gördüm ki, orada respondentlər məhz Əfqanıstana müdaxiləni SSRİ-nin çəkməsinin səbəbləri kimi göstərirdilər. Orada 10 ən vacib element göstərilirdi və keçmiş Dağlıq Qarabağ münaqişəsi də səbəblərdən biri idi. Bu da heç kəs üçün sirr deyil. Çox Şükürlər olsun ki, bu münaqişə də öz həllini tapmış oldu.

Eyni zamanda Sovet müdaxiləsindən sonra ABŞ-da məhz “Əl-Qaidə” ilə mübarizə kontekstində Əfqanıstana daxil oldu və zaman keçdikdən sonra ABŞ və müttəfiqləri Əfqanıstanı tərk etdilər. Bu gün Əfqanıstanda yeni bir hakimiyyət qurulub və bu da yeni reallıqdır. Bu reallıqda artıq bütün dünya ölkələri tərəfindən qəbul edilir.

Əgər Azərbaycan da Şərqlə Qərb arasında iqtisadi, nəqliyyat əlaqələrində mühum bir paya sahib olmaq konsepsiyasını qurubsa, əlbəttə biz, öz milli maraqlarımızı Əfqanıstan da daxil olmaqla bu coğrafiyada, Mərkəzi Asiyada, Çindən Avropaya doğru gedən yollarda da, təmin etməliyik. Azərbaycan bununla göstərir ki, böyük bir iqtisadi, siyasi, geopolitik konsepsiyası mövcuddur”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

“Threads” sosial şəbəkəsi Türkiyədə bağlanıb

Almaniya Ukraynaya daha 10 "Marder" PDM və "Leopard 2" tank mərmiləri verib

Ən çox oxunanalar