Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kənan Novruzov: Ermənistanın hərbi poliqona çevrilmə ehtimalı da var, eynilə Ukraynada olduğu kimi...

M.Qaluzin vurğulayıb ki, ABŞ administrasiyasının niyyəti region xalqlarının maraqlarına tamamilə ziddir...

Siyasi-analitik: “Paşinyan hakimiyyətə gələndən sonra Qərb artıq Ermənistandan Rusiya əleyhinə istifadə edir. Məqsəd də odur ki, Rusiyanın Cənubi Qafqazdakı təsir dairələri zəifləsin”.

“Bu gün Ermənistan Rusiya ilə Qərb arasında siyasi poliqona çevrilib. Gələcəkdə Ermənistanın hərbi poliqona çevrilmə ehtimalı da var, eynilə Ukraynada olduğu kimi”.

Bu sözləri siyasi-analitik Kənan Novruzov Rusiya xarici işlər nazirinin müavininin Ermənistan və Qərblə bağlı fikirlərini Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib ki, ABŞ Cənubi Qafqazı Rusiyaya qarşı ikinci cəbhə açmaq üçün meydan kimi görür. Qaluzin bu iddiası nə qədər realdır?

Mixail Qaluzin iddiasının reallığını Poliqon-un əməkdaşı siyasi-analitik Kənan Novruzov ilə müzakirə edib.

Kənan Novruzov: “Qaluzin iddia etdiyi kimi, yaxın gələcəkdə Qərbin Rusiyaya qarşı ikinci cəbhənin açılacağını düşünmürəm. Çünki bu o qədər də asan məsələ deyil”.

Ermənistanın çoxillik tendensiya zidd olaraq, bu dəfə Rusiyanın çətiri altına girmədiyini, əksinə Rusiyanın çətiri altından çıxdığını və Qərbə meyilləndiyini xatırladan analitik Poliqon-a bildirib ki, biz bu tendensiyanı ikinci Qarabağ müharibəsindən sonra daha intensiv müşahidə etməyə başladıq:

“Qaluzin fikirləri dəfələrlə haqqında danışdığımız Qərb Cənubi Qafqazda Ermənistandan Rusiyaya qarşı istifadə edir tezisinin ifadəsidir. Hamıya məlumdur ki, Ermənistanda Nikol Paşinyan hakimiyyətə gələndən sonra İrəvanın siyasətində dəyişikliklər oldu. Bu dəyişiklik ilk vaxtlarında o qədər də hiss olunmasa da, sonradan daha ciddi müşahidə olunmağa başladı.

Bu siyasətin əsas təməli ondan ibarətdir ki, Ermənistan çoxillik tendensiya zidd olaraq, bu dəfə Rusiyanın çətiri altına girmir, əksinə Rusiyanın çətiri altından çıxır və Qərbə meyillənir. Biz bu tendensiyanı ikinci Qarabağ müharibəsindən sonra daha intensiv müşahidə etməyə başladıq. Bu gün Qərb Cənubi Qafqazda Ermənistandan Rusiya əleyhinə istifadə edir.

Təxminən biz oxşar ssenarini Ukraynada da görmüşdük. Ukraynada qərbyönlü siyasətçilər hakimiyyətə gəldikdən sonra iki ölkə arasında münasibətlər tədricən pisləşməyə başladı. “Maydan”hərəkatından sonra isə iki qardaş dövlət düşmn ölkələrə çevrildilər.

Kənan Novruzov: “Qərb bütün imkanlardan istifadə edib, Ermənistanı bataqlığa çevirməyə çalışır”.

Həmin proses bu gün Ermənistanda gedir. Paşinyan hakimiyyətə gələndən sonra Qərb artıq Ermənistandan Rusiya əleyhinə istifadə edir. Məqsəd də odur ki, Rusiyanın Cənubi Qafqazda təsir dairələri zəifləsin. Bu gün Ermənistan Rusiya ilə Qərb arasında siyasi poliqona çevrilib. Gələcəkdə Ermənistanın hərbi poliqona çevrilmə ehtimalı da var, eyni ilə Ukraynada olduğu kimi.

Bəs bu Qərbi düşündürürmü? Xeyir, düşündürmür. Qərbi öz maraqları düşündürür. Qərb bu maraqlardan çıxış edərək istənilən an istənilən addımı ata bilər. Hətta, Qərbin bu gün atdığı addım, sabah atdığı addımlarla üst-üstə düşməyə bilər. Çünki maraqları fərqli addımların atılmasını tələb edər.

Qaluzin iddia etdiyi kimi, yaxın gələcəkdə Rusiyaya qarşı ikinci cəbhənin açılacağını düşünmürəm. Çünki bu o qədər də asan məsələ deyil. Hələ Paşinyan da buna tam getməz. Çünki Paşinyan buna gedərsə, eynilə Zelenski kimi qurban olacaq. Amma Qərb bütün imkanlardan istifadə edib, Ermənistanı bataqlığa çevirməyə çalışır.

Əlbəttə, Qaluzinin çıxışında mübaliğənin olması təbiidir və siyasətdə bu cür hallar olur. Amma reallıq da ortalıqdadır. Düşünürəm ki, indiki halda rəsmi İrəvan mümkün qədər soyuqqanlı davranmalıdır”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Rusiya 15 ukraynalı əsir hərbiçini edam edib - Human Rights Watch bu cinayətləri təsdiqləyib...

Dini liderlər Füzuli şəhərində olublar - Yenilənib

66 konqresmen Azərbaycana qarşı sanksiyalar tətbiq etmək təklifi ilə çıxış edib...

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb - Yenilənib  

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

AAYDA: "Koroğlu" metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisinə başlanılır - Video

Müğənni Əbdül Xalid dəhşətli qəzaya düşüb   

Ən çox oxunanalar