Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Tərtər işi" ilə bağlı təqsirləndirilən şəxslərə hökm oxunub

"Tərtər işi" ilə bağlı təqsirləndirilən İntiqam Məmmədov, Rahib Məmmədov, Ziya Kazımov və Ülvi Rəşidova hökm oxunub...

"Report" xəbər verir ki, bu barədə hökm Sumqayıt Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda elan edilib.

Hökmə əsasən, İntiqam Məmmədov 6 il 6 ay, Rahib Məmmədov 6 il 6 ay, Ziya Kazımov 8 il 6 ay və Ülvi Rəşidov 9 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Xatırladaq ki, prokuror Ziya Kazımovun 12 il 6 ay, İntiqam Məmmədovla Ülvi Rəşidovun 10 il 6 ay, Rahib Məmmədovun isə 8 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, adları çəkilən şəxslər ötən il cinayət məsuliyyətinə cəlb ediliblər. Onlara qarşı Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma, ölümə səbəb olduqda), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə, ölümə səbəb olduqda), 293.2 (dövlət orqanının vəzifəli şəxsi tərəfindən işgəncə vermə), 329 (tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər), 341.2.1 və 341.2.3 (bir qrup şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və ya vəzifə səlahiyyətlərini aşma bir qrup şəxs tərəfindən ağır nəticələrə səbəb olduqda) maddələri İntiqam Məmmədova isə əlavə olaraq 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Rusiya 15 ukraynalı əsir hərbiçini edam edib - Human Rights Watch bu cinayətləri təsdiqləyib...

Dini liderlər Füzuli şəhərində olublar - Yenilənib

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

66 konqresmen Azərbaycana qarşı sanksiyalar tətbiq etmək təklifi ilə çıxış edib...

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb - Yenilənib  

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

Məşhur COVID peyvəndinin mənfi təsirləri təsdiqləndi

Ən çox oxunanalar