Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə müxalifəti hökumətdən İsveçin NATO prosesi ilə bağlı məlumat tələb edəcək

Türkiyə müxalifəti İsveçin NATO-ya üzvlük protokolunun ratifikasiya prosesi ilə bağlı hələlik dəqiq mövqeyə malik deyil və hökumətdən ətraflı məlumat tələb edəcək...

Poliqon xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Dekabrın 26-da parlamentin xarici işlər üzrə komissiyası İsveçin NATO-ya üzvlüyü haqqında protokolun ratifikasiyası ilə bağlı müzakirələr aparacaq. Bundan əvvəl müxalifətdə olan İYİ Partiyası Türkiyə Xarici İşlər Nazirliyinin proseslə bağlı məlumatını yetərsiz hesab edirdi.

"Komissiyanın son iclasında müxalifətdə olan CHP və İYİ Partiya İsveç prosesini daxili siyasi məsələyə çevirdiyinə görə hökuməti tənqid edib və bu prosesin şəffaf şəkildə aparılmasını tələb ediblər. CHP və İYİ Partiya Komissiyada səsvermə ilə bağlı hələ dəqiq qərar elan etməyərək, iclas tarixini gözləmək qərarına gəliblər. Hər iki partiyanın nümayəndələri hökumətdən proseslə bağlı aydın və ətraflı məlumat tələb edəcəklər", deyə məlumatda bildirilir.

Protokolun Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim edilməsi 27 üzvdən ibarət komissiyanın səs çoxluğu ilə qəbul edilməlidir.

"Komissiyada 14 üzvü olan AKP (hakim Ədalət və İnkişaf Partiyası) sədrin səs verə bilmədiyi üçün 13 səsə malikdir. Bu halda hakim partiya təkbaşına səs çoxluğu əldə edə bilməz. Komissiyada iki üzvü olan MHP-nin (Milliyyətçi Hərəkat Partiyası) sayəsində səs çoxluğu mümkün olsa da, bu partiyanın davranışı da qeyri-müəyyən olaraq qalır", deyə qeyd edilir.

İsveç Avropa İttifaqının üzvü kimi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlarda ərizəni ratifikasiya etmək müqabilində Türkiyənin Aİ-yə daxil olması prosesinin intensivləşdirilməsinə kömək etməyə razılaşıb. Eyni zamanda, NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib ki, İsveçin NATO-ya qəbulu və Türkiyənin Aİ-yə qəbulu məsələləri bir-biri ilə əlaqəli deyil. Avqust ayında o, İsveçin bu payızda Alyansa qoşulacağına nikbin olduğunu deyib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Azərbaycan Bolqarıstana əlavə həcmdə enerji resursları tədarük edə bilər

Tbilisi meri: QHT-lər üçün ayrılan xarici pullar kəşfiyyat şəbəkələrinə xərclənir

Ən çox oxunanalar